Accessibility links

Tramp Pompeonun andiçmə mərasimində iştirak etmək üçün ilk dəfə Dövlət Departamentini ziyarət edib


ABŞ prezidenti Donald Tramp çərşənbə günü Dövlət Departamentini ilk ziyarət edərək, yeni dövlət katibi Mayk Pompeonun andiçmə mərasimində iştirak edib.

“Maykl əsl Amerika vətənpərvəridir”, Tramp Amerikanın baş diplomatı haqda yüksək fikrini ifadə edib.

Pompeo Dövlət Departamentinin “inadkar yanaşması”nı yenidən qaytarmağa söz verib.

Maykl əsl Amerika vətənpərvəridir.
ABŞ prezidenti Donald Tramp

“Birləşmiş Ştatların diplomatik korpusu bu ölkənin adından missiyasını yerinə yetirmək üçün dünyanın hər bir güşəsində, hər bir yerindən olmalıdır. Və bu işdə sizə kömək etmək mənim vəzifəmdir”, Mayk Pompeo Dövlət Departamentində ilk iş günü əməkdaşlarla görüşündə deyib.

Pompeo dövlət katibi vəzifəsində keçən ay Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan Reks Tillersonu əvəz edib.

Lakin Tillersondan fərqli olaraq prezident Trampın Pompeo ilə daha yaxın iş münasibətlərinə malik olduğu bildirilir. Prezident Tramp bu yaxınlarda Pompeonu Şimali Koreya lideri Kim Yonq Unla planlaşdırılmış zirvə görüşündən əvvəl danışıqlar aparmaq məqsədilə Pxenyana göndərib.

Pompeo keçən həftə dövlət katibi vəzifəsinə təsdiq edildikdən sonra Dövlət Departamentində ilk günü həmçinin Amerika diplomatlarının dəstəyinə və istedadına araxalandığını deyib. Dövlət Departamentinin rəhbəri Birləşmiş Ştatların maraqlarının təmin edilməsi işində “bəzən şəxsi təhlükələr qarşısında” xidmətə yüksək qiymət verib.

Mayk Pompeo dövlət katibi vəzifəsindən Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru olub.

XS
SM
MD
LG