Accessibility links

Donald Tramp Ərdoğanı Türkiyədə referendumla bağlı təbrik edib


ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkədə parlament sistemindən icraedici prezidentlik hakimiyyətinə keçidə imkan verəcək az fərqlə nəticələnmiş "referendumda qələbə" münasibətilə təbrik edib.

Ağ Evin açıqladığı bəyanatda iki lider arasında telefon söhbəti olduğu bildirilib. Bəyanatda deyilir ki, telefon söhbəti zamanı bu yaxınlarda keçirilmiş kimyəvi hücuma görə Suriya prezidenti Bəşar Əl-Əsədin məsuliyyətə cəlb olunması və İslam Dövləti qrupuna qarşı mübarizənin əhəmiyyəti qeyd edilib. Tramp və Ərdoğanın həmçinin "öz məqsədlərinə çatmaq üçün terrorizmdən istifadə edən qruplara qarşı əməkdaşlığa ehtiyacı" vurğuladığı bildirilib.

Yüksək Seçim Qurumu günün sonunda etibarlılıq kriteriyasını dəyişən, mühüm qarantiyaları zəiflədən və qanunla ziddiyyət təşkil edən təlimatlar verib
Sezar Florin Preda

Ərdoğanın opponentləri bazar günü keçirilmiş referendumun nəticələrinin ləğv edilməsinə çalışır. Beynəlxalq müşahidəçilər səsvermənin ədalətli keçdiyini sual altına alaraq, tərəflər üçün bərabər imkanların verilmədiyini bildirib.

Bazar ertəsi Ankarada mətbut konfransı zamanı Avropada Təhlükəsizlk və Əməkdaşlıq Təşkilatı ATƏT-in müşahidəçiləri bildirib ki, referenduma "Yox" kampaniyası azad şəkildə fikir bildirilməsi, qorxudulma və mediaya çıxış imkanın olmaması kimi bir sıra çətiliklərlə qarşılaşıb. ATƏT həmçinin Ərdoğanın administrativ resurslardan sui-istifadə etməsini iddia edir.

CHP liderinin müavini Bülent Tezcan referendumun nəticələrinin ləğvi üçün Yüksək Seçim Qurumuna müraciət edidiyini elan edir
CHP liderinin müavini Bülent Tezcan referendumun nəticələrinin ləğvi üçün Yüksək Seçim Qurumuna müraciət edidiyini elan edir

Möhürlənməmiş səsvermə bülletenlərinin hesablanmasına icazə verilməsinə dair mübahisəli qərar da təndiqlərlə qarşılaşıb. "Yüksək Seçim Qurumu günün sonunda etibarlılıq kriteriyasını dəyişən, mühüm qarantiyaları zəiflədən və qanunla ziddiyyət təşkil edən təlimatlar verib"-deyə müşahidəçilər qrupunun üzvü Sezar Florin Preda Ankarada mətbuat konfransında bildirib.

Türkiyənin Xarici İşlər nazirliyi açıqladığı bəyanatda ATƏT-in referendumun beynəlxalq standartlara cavab vermədiyinə dair çıxardığı nəticə ilə bağlı "təəssüf hissi"ni ifadə edib. Nazirlik bu qərarı "qəbuledilməz" adlandırıb və ATƏT-i siyasi qərəzlikdə ittiham edib.

Səsvermənin legitimliyi ilə bağlı müzakirələrə son qoyacaq və insanların hüquqi narahatlıqlarını yüngülləşdirəcək yeganə qərar referendumun ləğv edilməsi ola bilər
Bülent Tezcan

Türkiyənin 2010-cu ildə qəbul edilmiş seçki qanununa əsasən, səsvermə saxtalaşdırılmasına yol verməmək məqsədilə bütün səsvermə bülletenlərinin üzərində möhür olmalıdır. Aparıcı müxalifət partiyası olan CHP təxminən 1,5 milyon möhürsüz səsvermə bülleteninin hesablandığını bildirir.

CHP referendumun yenidən keçirilməsini tələb edir. "Səsvermənin legitimliyi ilə bağlı müzakirələrə son qoyacaq və insanların hüquqi narahatlıqlarını yüngülləşdirəcək yeganə qərar referendumun ləğv edilməsi ola bilər"-deyə CHP liderinin müavini Bülent Tezcan bazar ertəsi mətbuat konfransında bildirib.

Türkiyənin baş nazir Binəli Yıldırım müxalifətin şikayətlərini qədd edib. Bu gün bir qrup qanunverici ilə söhbətində o deyib ki, "müxalifət xalq sözünü deyəndən sonra danışa bilməz".

İstanbul və Ankarada səsvermənin nəticələrinə etiraz aksiyaları keçirilib. Eyni nümayişlərin başqa şəhərlərdə də keçirildiyi haqda məlumat verilir.

ATƏT-in qeyd etdiyi çatışmazlıqların səsvermənin ümumu nəticələrinə təsir göstərə bilib-bilməyəcəyi ilə bağlı müzakirələrdən imtina etməsinə baxmayaraq, qurumun çıxardığı nəticələrin müxalifəti ruhlandıracağı və beynəlxalq ictimaiyyətin narahatlıqlarına yol açağı gözlənilir.

Avropa ölkələri mübahisəli məsələnin birbaşa ünvanlamasından çəkinərək, Erdoğanı siyasi qütbləşməni azaltmaq üçün opponentlərinə üz tutmaq çağırışlarına üstünlük verib. ABŞ Dövlət Departamenti Türkiyəni rəsmilər mübahisəli nəticələrin həlli ilə məşğul olduğu zaman fundamental insan hüquqları və azadlıqlarına hörmət etməyə çağırıb.

XS
SM
MD
LG