Accessibility links

Tramp Floridada rallidən öncə mətbuatı yenədən kəskin tənqid edib


Prezident Donald Tramp Floridada tərəfdarları ilə görüşür
Prezident Donald Tramp Floridada tərəfdarları ilə görüşür

Prezident Donald Tramp Floridada kampaniya yürüşünə oxşar tədbirdən öncə şənbə günü Tvitter səhifəsində yenidən müxbirləri hədəf alaraq, tərəfdarlarını "saxta xəbər mediasına inanmamağa çağırıb.

Tramp cümə günü Florida ştatındakı Mar-a-Laqo istirahət güşəsindəki iqamətgahına səfər edib. Şənbə günü Melburn şəhərindəki hava limanının anqarında keçirilən yürüşə 30 minə yaxın insanın gələcəyi gözlənilir.

"Bu saxta xəbər mediasına inanmayın. Ağ Ev ÇOX YAXŞI idarə olunur. Mənə QARIŞIQLIQ miras qalıb və mən bunun nizama gətirilməsi prosesindəyəm."

Ağ Evin sözçüsü Sarah Sandersin Röyters xəbər agentliyinə bildirdiyinə görə, Tramp tədbiri onun mesajının xəbərlərdə ədalətli şəkildə işıqlandırılmadığına inandığı üçün keçirir. O bildirib ki, Tramp mesajını "irəli çıxıb Amerika xalqına daha effektiv şəkildə" çatdıra biləcəyinə inanır.

Böyük yürüşlər Trampın seçki kampaniyasının bir hissəsini təşkil edirdi. Yeni administrasiyanın hakimiyyətə gəlişindən öncə keçid dövründə də Tramp buna bənzər "təşəkkür turları" keçirib.

Prezidentlərin kampaniya dövrünə oxşar yürüşlər keçirməsi qeyri-adi hal deyil. ABŞ-ın keçmiş prezidenti Barak Obama iqtisadi stimullaşdırma paketinə dəstək məqsədilə prezidentiyi dövründə bir neçə belə yürüş keçirmişdi.

2020-ci kampaniyasına hazırlıq

Trampın planlaşdırdığı yürüş bununla belə Ağ Ev uğrunda 2020-c il prezident seçki kampaniyasının əsasını qoymuş ola bilər.

Prezident Donald Tramp tərəfdarlarının fevralın əvvəlində Nyu-Yorkda Manhettendə keçirdiyi tədbirdən görüntü
Prezident Donald Tramp tərəfdarlarının fevralın əvvəlində Nyu-Yorkda Manhettendə keçirdiyi tədbirdən görüntü

Tramp prezident kimi and içdikdən bir neçə saat sonra seçki rəsmiləri ilə yenidən seçilmək üçün sənədlər imzalayıb. Bununla ona kampaniya üçün maliyyə fondları toplamaq imkanı verilir. Kampaniyanın maliyyə hesabatları göstərir ki, Trampın kampaniyası dekabr ayında 9,6 milyon dollar maliyyə toplayıb.

Obama bundan fərqli olaraq, prezidentliyinin birinci müddətində iki il gözlədikdən sonra yenidən seçilmək üçün sənədlərə imza atıb. Onun kampaniyaya bənzər tədbirləri Ağ Ev tərəfindən maliyyələşdirilib və o, Demokratların Milli Komitəsinin bir qanadı olan Amerika üçün Təşkilatlanmaq qrupundan dəstək alıb.

Tramp Tvitter səhifəsində yazdığı mesajda istirahət güşəsini "Cənubdakı Ağ Ev" adlandıraraq, bu həftəsonu "bir çox görüşləri" olacağını bildirib. Bununla belə, prezidentin ictimaiyyət üçün açıqlanmış cədvəlində şənbə, ya da bazar günü heç bir görüş göstərilməyib.

"Bu həftəsonu Cənubdakı Ağ Evdə bir sıra görüşlər olacaq. Saat 5-də Floridada Melburnda böyük çıxış olacaq. Söhbət çoxdur!"

Tramp son bir neçə gündə Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin istefasından sonra mətbuata qarşı ritorikasını gücləndirib. Mətbuata sızmış məlumatlarda Flinnin Rusiyanın ABŞ-dakı səfiri ilə əlaqələri barədə administrasiya rəsmilərinə natamam məlumat verdiyi bildirilib.
Tramp məlumatların sızmasını və onları mətbuatda açıqlayan jurnalistləri Ağ Evdə mətbuat konfransı zamanı kəskin tənqid edib.

"Mən heç vaxt belə riyakar, açığını deyirəm, belə siyasiləşmiş media görməmişəm. Sızmalar doğrudur, onlar doğrudur. Xəbərlər saxtadır, çünki xəbərlərin çoxu saxtadır"-deyə Tramp bildirib.

Tramp həmçinin mətbuat konfransından sonra müxbirlərlə bağlı narazılığını ifadə etmək üçün Tvitterdə bir neçə dəfə mesajlar yazıb. Bu mesajların birində o, media qurumlarının adlarını çəkib.

"İndiyə qədər gördüyüm ən effektiv mətbuat konfranslarından biridir"-Raş Limbo deyir. Çoxları bununla razıdır. Amma SAXTA MƏTBUAT bunu fərqli adlandırır! RİYAKAR!"

"SAXTA XƏBƏR mediası (reytinqi düşən @nytimes, @NBCNews, @ABC, @CBS, @CNN) mənim düşmənim deyil, Amerika Xalqının düşmənidir!"

"Məqalələr və "mənbələr" uyduran SAXTA XƏBƏR mediası diskreditasiya olmuş Demokratlardan qat-qat effektivdir-amma onlar sürətlə sönür!"

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG