Accessibility links

Tramp İran dronu barədə: "Heç şübhə yoxdur. Biz onu vurub salmışıq"


AĞ EV – ABŞ Prezidenti Donald Tramp cümə günü İran dronunun Amerika hərbi gəmisi tərəfindən Hörmüz Boğazında vurulub salınmasına əminliyini ifadə edib.

“Heç şübhə yoxdur, Xeyr. Biz onu vurub salmışıq,” Tramp Ağ Evdə müxbirlərə söyləyib.

USS Boxer, prezidentin dediyi kimi, dünən onu vurub, çünki o, gəmiyə və onun ekipajına təhlükə törədirdi.
Con Bolton

“Bunun İran dronu olduğu sual doğurmur,” ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton söhbətə müdaxilə edib. “USS Boxer, prezidentin dediyi kimi, dünən onu vurub, çünki o, gəmiyə və onun ekipajına təhlükə törədirdi. Bu tamamilə düzgün hərəkət idi.”

Hörmüz Boğazında İranla genişmiqyaslı toqquşmalardan narahat olub-olmadığı haqda soruşulanda, Tramp bundan narahat olmadığını deyib.

“Onların öz xatirinə, ümid edirik ki, onlar səfeh iş tutmayacaqlar,” o cavab verib. “Əgər tutsalar, onda heç kimin ödəmədiyi bədəli ödəyəcəklər.”

Amfibiya hücum gəmisi USS Boxer
Amfibiya hücum gəmisi USS Boxer

İran isə dronun vurulduğunu inkar edir.

Bu barədə məlumatı özünün Twitter səhifəsində paylaşan İranın xarici işlər nazirinin müavini Abbas Araqçı Birləşmiş Ştatların hərbi gəmisinin səhvən öz pilotsuz təyyarəsini vurmasından “narahat” olduğunu yazıb.

Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərifin də bildirdiyinə görə, İrana məxsus dronun məhv edildiyi barədə xəbər almayıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG