Accessibility links

Tramp kabinetini formalaşdırmaqda davam edir


Steven Mnuchin, Maliyyə naziri vəzifəsinə nominasiya edilmiş Goldman Sachs şirkətinin rəhbəri
Steven Mnuchin, Maliyyə naziri vəzifəsinə nominasiya edilmiş Goldman Sachs şirkətinin rəhbəri

ABŞ prezidenti seçilmiş Donald Tramp yeni kabinetinin yüksək vəzifələrini doldurmaqdadır. O, Maliyyə naziri vəzifəsinə Goldman Sachs şirkətinin rəhbəri Steven Mnuchin, Ticarət naziri vəzifəsinə isə milyarder Wilbur Rossu nominasiya edib.

“Birinci Amerika” iqtisadi planı 25 milyon yeni iş yeri açılmasını nəzərdə tutur.

Trampın keçid komandası bu iki şəxsin yeni prezidentin “Birinci Amerika” iqtisadi planının həyata keçirilməsində instrumental rol oynayacaqlarını deyirlər. Həmin plan növbəti onillikdə 25 milyon yeni iş yeri açılmasını nəzərdə tutur.

Bamkir olaraq geniş təcrübəyə malik Mnuchinin nominasiyası Uol Stritə müsbət siqnal göndərmiş olacaq. Belə ki, Tramp qələbə çaldıqdan bəri səhm bazarlarında rekord artım qeydə alınıb.

Wilbur Ross Jr., WL Ross & Co.-nun baş icraçı direktoru
Wilbur Ross Jr., WL Ross & Co.-nun baş icraçı direktoru

Ticarət naziri qismində Ross ABŞ bizneslərini ölkə daxilində və xaricdə təmsil edəcək.

Mnuchin Tramp kampaniyasında milli maliyyə məsələləri üzrə sədr qismində xidmət göstərib. Goldman Sachs-da 17 illik karyeradan sonra o diqqətini Hollivuda çevrirərək “Avatar” və “X-Men” hit filmlərini maliyyələşdirib.

O, hazırda “Dune Capital” özəl investisiya fondunun rəhbəridir.

XS
SM
MD
LG