Accessibility links

Tramp: Ali Məhkəmə hakiminin təyinatı prosesinə dərhal başlanılacaq


ABŞ prezidenti Donald Tramp çərşənbə günü Şimali Karolinanda seçki kampaniyası tədbirində iştirak edərək, Senat seçkilərində iştirak edən konqresmen Kevin Kramerə dəstəyini ifadə edib.

Tramp həm də, ştatın hazırkı senatoru Haydi Heytkampı tənqid edib və bildirib ki, senator onun Ali Məhkəmədə boşalan yerə sürəcək namizədin əleyhinə olacaq.

Prezident çıxışı zamanı bildirib ki, Ali Məhkəmənin hakimi Entoni Kennedi təqaüdə çıxmağı ilə bağlı elanı indi verməsi, onun ölkəyə necə rəhbərlik etməsi ilə əlaqəlidir.

ABŞ prezidenti Donald Tramp: “Mən çox məmnunam ki, hakim bu elanı mənim prezidentlik dövrümdə edib. Çünki o bilir ki, mən onun böyük irsini davam etdirməyi bacaracaq düzgün namizəd seçəcəm. O, bunun üçün bu qərarı indi verib.”

Hakim Kennedinin növbəti ayın sonu tutduğu vəzifədən təqaüdə çıxması qərarının Trampın Ağ Evdə olduğu müddətdə verilməsinin təsadüf olub-olmadığı aydın deyil.

Tramp bildirib ki, Kennedinin əvəz edilməsi prosesi dərhal başlayacaq. Prezident Ali Məhkəmə hakimimin əvəz edəcək şəxsi keçən il hazırlanan 25 nəfərlik siyahıdan seçəcək.

XS
SM
MD
LG