Accessibility links

Qanunvericilər Trampın Rusiya ilə əlaqələrinə dair xüsusi təhqiqata çağırır


ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirin Rusiya rəsmiləri ilə əlaqələrinə dair təhqiqatın dayandırılmasına çalışdığına dair iddialar Ağ Evdə çaşqınlıq yaradıb. Bu iddialar Trampın keçən həftə Moskvanın iki diplomatı ilə görüşdə həssas kəşfiyyat məlumatlarını açıqladığına dair mediada məlumatlardan sonra irəli sürülüb.

Trampın və onun müşavirlərinin Rusiya ilə əlaqələrinin təhqiq edilməsi üçün xüsusi komissiyanın yaradılmasına çağıran qanunvericilərin sayı getdikcə artır.

Prezident Donald Tramp, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn, FBI direktoru Ceyms Komi
Prezident Donald Tramp, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn, FBI direktoru Ceyms Komi

ABŞ konqresmeni Elayca Kumins: “Bizim komitələrimiz artıq etibarlı və şəffaf təhqiqatlar və təhlillərə başlayıb. Bizim bu qalmaqallara diqqət yetirməməyimiz qəbuledilməzdir.”

Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan aparılan üç təhqiqatın kifayət olduğunu deyib.

“Biz 24 saat ərzində faktların tapılmasına çalışmırıq. Biz öz işimizi qərəzsiz yerinə yetiririk və təhqiqatların faktların gətirib çıxardığı məqamları izlədiyini təmin edirik. Bu da vaxt aparır.”

Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan
Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan

Trampın Rusiya ilə əlaqələrinə dair yeni təhqiqata çağırışlar Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Kominin həmkarlarının fevral ayında Trampla görüşdən sonra onun prezidentin ondan keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin haqda təhqiqatı dayandırmasını istəməsi haqda qeydlərindən sonra verilib. Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi il bağlı təhqiqatın aparıldığı FBI direktoru keçən həftə qəfildən işdən azad edilib.

Komi və Tramp arasında fevral ayında görüş Trampın Flinni vəzifəsindən azad etməsindən bir gün sonra baş verib. Flinn vitse prezident Mayk Pensə Rusiyanın Vaşinqtondakı səfiri Kislyakla kontaktları haqda yanlış informasiya verdiyinə görə vəzifəsindən azad edilib.

XS
SM
MD
LG