15 ştat və Kolumbia Mahalı gənc qeyri-qanuni immiqrantların deportasiya edilməsinin qarşısını alan proqramı dayandırmaq planına görə Tramp administrasiyasını məhkəməyə verib.
Ştatların baş prokurorları çərşənbə günü Bruklində yerləşən federal məhkəmədə adminsitrasiyaya qarşı iddia qaldırıb.
Onlar Gənc Yaşda Gələnlər Müstəsna Aktını (DACA) ləğvi qərarının konstitusiyaya zidd oduğunu iddia edir, çünki onlar deyir ki, bununla, qərarın təsirinə məruz qalan insanların ixtiyari cəza əleyhinə hüquqi proses haqları rədd olunacaq.
Ağ Ev hələ ki, məsələ ilə bağlı şərh verməyib.
Lakin çərşənbə günü Konqres liderləri ilə görüşü zamanı Tramp qanunvericilərin 800 min gəncin deportasiya olunmasının qarşısını almaq üçün lazımı addım atacaqlarına inandığını deyib.
Tramp Konqresə məsələ üzərində səs vermək üçün altı ay verib, lakin əgər Konqres heç bir addım atmasa deportasiyalara tətbiq olunan qadağanı aradan qaldırmaq qərarını bir daha nəzərdən keçirəcəyini deyib.