Accessibility links

Donald Tramp Meksika ilə sərhədə ordu göndərəcəyi ilə hədələyib


Prezidenti Donald Tramp Meksikaya Mərkəzi Amerikadan gələn minlərlə miqrantın qarşısını almasa Birləşmiş Ştatların cənub sərhədinin bağlanması üçün oraya ordu göndərəcəyi ilə hədələyib.

Miqrant məsələsi yəqin ki, Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun bu gün Mexiko şəhərində vəzifə müddəti başa çatmaqda olan Meksika prezidenti Enrike Pena Nieto ilə görüşü zamanı müzakirə olunacaq.

Bir neçə həftə əvvəl, Birləşmiş Ştatların Montanada keçirilən ara seçkilərinə həsr edilmiş yürüşdə etdiyi çıxışı zamanı Donald Tramp qeyri-qanuni miqrantların ölkəyə axınında Demokratları günahlandırıb.

Cümə axşamı Meksika özünün Qvatemala ilə sərhədinlə minlərlə əlavə polis işçisi göndərib.

Donald Tramp əvvəlcə Meksikaya, oradan da Birləşmiş Ştatlara girəcək 3 minə qədər honduraslı arasında cinayətkarların da olduğunu deyib. ABŞ prezidenti miqrantlarının qarşısını almadığı təqdirdə Qondurasa yardımı dayandıracağı ilə hədələyib.

XS
SM
MD
LG