Accessibility links

Tramp: Mən irqçi deyiləm


Prezident Donald Tramp Nümayəndələr Palatasında respublikaçı əksəriyyətin lideri Kevin Makkartinin müşayiətilə Floridada Mar-a-Laqo kurortunda jurnalistlərin suallarını cavablandırır
Prezident Donald Tramp Nümayəndələr Palatasında respublikaçı əksəriyyətin lideri Kevin Makkartinin müşayiətilə Floridada Mar-a-Laqo kurortunda jurnalistlərin suallarını cavablandırır

Prezident Donald Tramp Haiti, Salvador və Afrikadan mühacirlərdən danışaraq, onların “çirkli dəlik” adlandırdığı ölkələrdən gəldiyi haqda açıqlamalarından üç gün sonra irqçi olduğuna dair ehtimalları rədd edib.

“Mən sizin müsahibə apardığınız adamlar arasında ən az irqçiyəm”, Tramp Floridada Mar-a-Laqo kurortunda jurnalistin sualına cavab verərək bildirib.

Tramp valideynləri tərəfindən Birləşmiş Ştatlara qeyri-qanuni gətirilən 800 min gənc mühacirin deportasiyadan müdafiə olunması üçün razılaşmanın əldə edilməsinə “hazır olduğunu, bunu istədiyni və buna qadir olduğunu” deyib.

Lakin Tramp Twitter səhifəsində yazdığı mesajda demokratların razılışmanın əldə olunmasını istəmədiklərini düşündüyünü bildirib. O, mesajında demokrat qanunvericilərin “sərhəddə təhlükəsizliyin olmasını, onların narkotikləri dayandırmaq istəmədiklərini” iddia edib. “Mənim standartım çox sadədir, Amerika birincidir və Amerikanı yenidən möhtəşəm etmək!”, Tramp Twitter mesajında yazıb.

Trampın Haiti, Salvador və Afrikadan mühacirlər haqda vulqar açıqlamaları onun sələfi olmuş prezident Barak Obama tərəfindən dəstəklənən gənc mühacirlərin deportasiyadan müdafiəsini nəzərdə tutan proqramla (DACA) bağlı müzakirələrin daha da güclənməsinə səbəb olub.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə mühacirətlə bağlı görüş zamanı, Vaşinqton, 9 yanvar, 2018
ABŞ prezidenti Donald Tramp Ağ Evdə mühacirətlə bağlı görüş zamanı, Vaşinqton, 9 yanvar, 2018

Ağ Evdə mühacirətlə bağlı keçirilmiş görüşün bəzi iştirakçılarına əsasən, Tramp ABŞ-ın nəyə görə Haiti, Salvador və Afrikadan mühacirlərin ölkəyə daxil olmasına imkan verdiyini sual edib və Norveç kimi ölkələrdən gələnlərin daha çox olmasını istədiyini deyib.

Ağ Ev Trampın vulqar ifadədən istifadə etməsini rədd etməsə də, Tramp bu iddiaları rədd edib. O, Twitter səhifəsində mesajında “kəskin dildə danışdığını” desə də, lakin "alçaldıcı ifadələr" işlətmədiyini bildirib.

Trampın xəbər verildiyi kimi Afrika və Haiti haqda ifadələri təkcə demokratlar deyil, bəzi respblikaçılar tərəfindən də tənqidlərlə qarşılanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG