Accessibility links

Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb


ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Ağ Evdə görüş zamanı 2 aprel, 2019.
ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Ağ Evdə görüş zamanı 2 aprel, 2019.

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüş keçirir.

NATO xarici işlər nazirləri aprelin 4-də Qərb hərbi alyansının əsasını qoymuş Vaşinqton Müqaviləsinin 70 illiyini qeyd etmək üçün Birləşmiş Ştatların paytaxtına toplaşır.

Danışıqların əsas etibarilə Rusiya ilə münasibətlərə həsr olunacağı gözlənilir. Bu münasibətlər Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsindən və Ukraynanın şərqində separatçı münaqişəni alovlandırmasından sonra gərginləşib.

Stoltenberg aprelin 1-də Brüsseldə jurnalistlərə deyib ki, NATO nazirləri Vaşinqton görüşündə Rusiyanın 1987-cı il tarixli Ortamənzilli Raketlərə dair Müqaviləni (INF) pozması məsələsini müzakirə edəcəklər.

2016-cı il prezident kampaniyası zamanı NATO-nu köhnəlmiş adlandırması Atlantik okeanının hər iki sahilində təəccüb yaratmışdı.

O, Birləşmiş Ştatları 1949-cü ildən bəri üzvü olduğu NATO-dan çıxarmaq istədiyini bir neçə dəfə dilə gətirib. Prezident Tramp bu məsələ ilə bağlı ziddiyətli açıqlamalar verdiyi bir vaxt xarici siyasət məsələləri üzrə ekspertlərin fikrincə, ABŞ-ın təşkilatı tərk etməsi alyansı zəiflədə və uzun zamandır NATO-nu tənqid edən Rusiya prezidenti Vladimir Putini cəsarətləndirə bilər.

Təxminən 70 ilə yaxın bir dövrdə ABŞ prezidentləri və qanunvericiləri - demokrat və respublikaçılar NATO-nu stabillik sütunu kimi görürdü. Lakin Trampın alyansla bağlı baxışları onun 2016-cı ildə seçki kampaniyası zamanı hər iki partiya nümayəndələri arasında konsensusu pozdu. “İcazə verin deyim, NATO köhnəlib. Bu, 67 il əvvəl olub, onun 60-dan çox yaşı var. Orada olan çox sayda dövlət terrorizmin qarşısını ala bilmir. Bu təşkilat Sovet İttifaqı üçün qurulmuşdu və Sovet İttifaqı artıq yoxdur.” - deyə, Tramp bildirib.

Tramp dəfələrlə NATO üzvlərini müdafiə xərclərinin çoxunun ABŞ üzərinə düşdüyünə görə tənqid edib. ABŞ dövlət başçısı qurumun terrorizmə lazımi diqqət yetirmədiyini və xərclərin çoxunun Amerikanın çiynində olduğunu iddia etmişdi.

ABŞ-ın xarici siyasət məsələləri üzrə ekspertləri NATO-nu dünyanın ən güclü hərbi alyansı adlandıraraq, onun köhnəlmiş hesab edilməsini tənqid edir.

"Qurum dəyişiklikləri qəbul etməkdə olduqca uğurludur. Hazırda NATO diqqətini Rusiyanın Krımı ilhaqı, cənub cinahındakı böhran və kibernetika kimi məsələlərin həllinə yönəldib. İndi müttəfiqlər müdafiə sahəsinə daha çox vəsait ayırır" - deyə, Atlantika Şurasından Mark Simakovski Amerikanın Səsinə bildirib.

Müdafiə xərcləri Tramp üçün mühüm məsələdir. O, dəfələrlə müttəfiqləri bu sahəyə daha artıq vəsait ayırmağa çağırıb.

NATO-nun nizamnaməsinə əsasən üzv ölkələr hər il ümumi daxili məhsul istehsalının 2 faizini müdafiə xərcləri üçün ayırmalıdır. Lakin 2018-ci ildə 29 ölkədən yalnız 7-si buna nail ola bilib.

Stoltenberq ABŞ prezidenti Donald Trampla görüşündən sonra ABŞ Konqresində çıxış etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG