Accessibility links

Tramp: Nifrətə Amerikada yer yoxdur


ABŞ prezidenti Donald Tramp

Birləşmiş Ştatlarda odlu silahla hücumların törədilməsindən sonra reaksiya verən ABŞ prezidenti Donald Tramp “ağların üstünlüyü” nəzəriyyəsini açıq şəkildə qınayıb və silah alışı zamanı ciddi yoxlanmaya çağıraraq, “təcili fəaliyyət göstərməyə” söz verib.

Bununla belə, ABŞ prezidenti silahlara nəzarətə dair qanun layihəsinə dəstək bildirməyib. Tramp onun mühacirət əleyhinə ritorikasının “toksik atmosferin” yaranmasında rolu olduğunu deyən tənqidçilərə də cavab verməyib.

Bir səslə, bir millət olaraq irqçiliyi, fanatizmi və ağların üstünlüyünü qınamalıyıq.
ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti bu açıqlamaları Texasın El Paso və Ohayo ştatının Deyton şəhərlərində 29 adamın ölümü və onlarla adamın yaralanması ilə nəticələnmiş silahlı hücumlardan sonra bazar ertəsi günü Ağ Evdə verib.

"Bir səslə, bir millət olaraq irqçiliyi, fanatizmi və ağların üstünlüyünü qınamalıyıq," Tramp deyib.

O, nifrət məzmunlu “manifestin” Texas ştatının Meksika ilə sərhəddə yerləşən El Paso şəhərindəki Walmart mağazasında hücumu törətməkdə şübhəli bilinən ağ gənc kişiyə ad olduğunu qeyd dib.

“Bu qorxunc ideologiyalar məğlub edilməlidir. Nifrətə Amerikada yer yoxdur,” deyə o bildirib.

Tramp həmçinin deyib ki, “nifrət əqli pozur, ürəyi dağıdır və ruhu məhv edir”.

Deyton və El Paso şəhərlərində silahlı hücumlar zamanı həyatını itirənlərin dəfn mərasimlərinə hazırlıqlar gedir. Deytonda atışma zamanı 9 nəfər ölüb, 16 adam yaralanıb.

Şənbə günü Texasın El Paso şəhərindəki Walmart mağazasında hücum zamanı isə 20 nəfər öldürülüb, 26 adam yaralanıb.

XS
SM
MD
LG