Accessibility links

Trampın Nyu Yorkda teraktla əlaqədar viza lotereya proqramı haqda açıqlamaları siyasi əks-səda doğurub


Tramp mühacirət viza lotereya proqramının dayandırılmasını istəyir
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Prezident Tramp Nyu York şəhərində terror hücumunu törətməkdə şübhəli bilinən özbək mühacirin ABŞ-a viza lotereya proqramı əsasında gəldiyini deyərək, bu proqrama son qoymaq istiqamətində iş aparacağını bildirib. ABŞ prezidentinin açıqlamaları siyasi əks-səda doğurub. Bəzi ekspertlər Birləşmiş Ştatlara mühacirət etmək üçün Müxtəliflik viza proqramının dayandırılmasının ABŞ-ın təhlükəsizliyinin gücləndirliməsinə yardım edə biləcəyinə şübhə ilə yanaşır.

Nyu York şəhər polisi terror hücumunun baş verdiyi ərazidə təhqiqatı davam etdirdiyi vaxt prezident Donald Tramp kabinet üzvləri ilə görüş zamanı deyib ki, o, Müxtəliflik viza proqramının dayandırılması istiqamətində dərhal iş aparmağa başlayacaq. O, şübhəlinin yeddi il bundan əvvəl ABŞ-a gəldiyi lottereya proqramını günahlandırıb.

“Müxtəliflik viza proqramı. Yaxşı səslənir, amma yaxşı deyil. Bu, yaxşı proqram deyil. Yaxşı da olmayıb. Biz onun əleyhinə olmuşuq”, prezident Tramp bildirib.

Tramp deyib ki, o, insanların xidmətlərinə əsaslanan viza proqramına üstünlük verir və bunun ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatı üçün daha yaxşı olacağına inanır.

“Biz kütləvi miqrasiyaya son qoyulmasını istəyirik. Bura gələn bu adam, ya da ona nə demək istəyirsiniz deyin, özü ilə başqa adamları da gətirib. Və o, ilkin hesablamalara görə buraya gələn, potensial olaraq gəlmiş 23 adam üçün əsas kontakt olub. Bu, yolverilməzdir”, prezident Tramp bildirib.​

Prezident Tramp səhər tezdən Twitter səhifəsində yazdığı mesajında Senatda nüfuzlu demokrat senatoru lotereya proqramına görə kəskin tənqid edib.

Bu, Nyu York ştatının qubernatoru də daxil olmaqla, demokratlar tərəfindən qarşılıqlı tənqidlərə səbəb olub. Demokratlar prezidenti hadisəni siyasiləşdirməkdə ittiham edib.

“Prezidentin tvitləri işə kömək etmir. Onların faktlara əsaslandığını düşünmürəm. Fikrimcə, bu, kimə isə işarə etmək və vəziyyəti siyasiləşdirməyə yönəlib. O, lotereya ilə bağlı mühacirət siyasətini qeyd edərək, bu siyasəti qəbul edən insanları günahlandırır”, Endrü Quomo bildirib.

Terrorizm üzrə ekspertlər də viza proqramının dayandırılmasının ABŞ-ın təhlükəsizliyinin gücləndirilməsinə yardım edə biləcəyinə şübhə ilə yanaşır.

“Biz təkcə xaricdən gələn insanlar tərəfindən beynəlxalq terrorizm kimi bir problemlə qarşılaşmırq. Bu, ölkənin özündə yetişən terrorçular problemindən daha kiçik problemdir. Birləşmiş Ştatlarda doğulub boya-boya çatan bu şəxslər eyni zorakı ekstremizm yoluna düşür”, Corc Vaşinqton universitetində təhlilçi Bennet Klifford, bildirib.

Prezident Tramp həmçinin ABŞ-ın ədliyyə sistemində fundamental dəyişikliklər edilməsini tövsiyə edərək, Nyu Yorkda hücum törətmiş şəxs kimi terrorçuların işi ilə daha yaxşı məşğul olmaq üçün sistemin gücləndirilməli olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG