Accessibility links

Donald Tramp Rusiya ilə yaxınlaşma səylərini və oğlunu müdafiə edir [Video]


Donald Tramp Rusiya ilə yaxınlaşma səylərini və oğlunu müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Tramp Rusiya ilə yaxınlaşma səylərini və oğlunu müdafiə edir

Prezident Donald Tramp mühafizəkar Xristian yayımçı Pət Robertsonla olan müsahibəsində Rusiyanın prezidenti Vladimir Putinlə görüşünün çox yaxşı keçdiyini bildirib.

Tramp həmçinin Tvitterdə böyük oğlu müdafiə edib. Bir gün öncə oğul Donald Tramp Hillari Klintona zərər verəcək informasiya ötürməyi vəd edən rusiyalı vəkillə görüşünün emailləri ictimaiyətə təqdim etmişdi.

Tramp bir daha Rusiya istintaqını “ifritə ovu” adlandırıb. Lakin, prezidentin Federal Təhqiqatlar Bürosunun direktor vəzifəsinə namizədi Kristofer Rey Senatda keçirilən dinləmələrdə bu təsvirlə razılaşmadığını söyləyib.

Oğul Donald Trampın emailləri ictimaiyyətə təqdim etməsi Ağ Evi çətin vəziyyətdə qoymaqla yanaşı Virciniya ştatının senatoru Tim Kayn da daxil olmaqla Demokratlar arasında böyük narahatlıqlara səbəb olub.

Amerikanın Səsinə müsahibəsində təhlilçi Con Fortiyer qeyd edib ki, ictimaiyyətin Rusiya təhqiqatı ilə bağlı narahatlıqları prezidentin etimad reytinə təsir edir.

Tramp və Rusiya mövzusuna diqqətin artması Respublikaçılar üçün Obamacare adı ilə tanınan səhiyyə proqramının ləğv edib, əvəzlənməsi prosesini olduqca çətinləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG