Accessibility links

Tramp: Paris iqlim müqaviləsi ilə bağlı böyük qərarlar veriləcək


ABŞ prezidenti Donald Tramp nöbəti iki hətə ərzində Paris iqlim müqaviləsi ilə bağlı böyük qərarlar veriləcəyinə söz verib.

Tramp bu barədə açıqlamanı Pensilvaniya ştatının Harrisburq şəhərində hakimiyyətdə 100 gününün qeyd edildiyi gün verib. ABŞ prezidenti 10 min nəfərin toplaşdığı arenada onu salamlayaraq, "USA!USA!USA!" şüarları bağıran kütlə qarşısında çıxış edib.

Prezidentin çıxışı zamanı etiraz edən nümayişçi auditoriydan çıxarılıb. Trampın "Onu buradan xaric edin"çağırışı zalda yenidən alqışlarla qarşılanıb.

Prezident Vaşinqtonda hər il keçirilən ənənəvi Ağ Evin Mətbuat Assosiyasının xeyriyyə ziyafətində iştirak etmədiyindən məmnunluq duyduğunu deyib.

Tramp onun çıxışını işıqlandıran media nümayəndələrini göstərərək deyib: "Arxada mediaya baxın. Əslində yaxşı olardı ki, onlar da (Vaşinqtonda ziyafətdə iştirak edənlər-red.) burada olaydi."

Biz verdiyimiz vədlərə bir-bir əməl edirik və açığını desəm, insanlar bundan razıdırlar. Onlar baş verənləri görür
Donald Tramp

Hakimiyyətdə 100 günə qayıdaraq, Tramp bu dövrü olduqca "həyəcanlandırıcı və məhsuldar" bir dövr adlandırıb. Prezident nailiyyətlərindən danışaraq, şaxtaçılar üçün yeni iş yerlərinin yaradılması, polad və alüminium sənayesi işçilərinin müdafiəsi, eləcə də "iş yerlərini məhv edən qaydaların" ləğvini qeyd edib.

"Biz verdiyimiz vədlərə bir-bir əməl edirik və açığını desəm, insanlar bundan razıdırlar. Onlar baş verənləri görür"-deyə Tramp bildirib.

"Bizim nail olduğumuz tarixi inkişafları başa düşmək üçün bizə və mənə miras qalan vəziyyət haqda açıq danışmalıyıq. Əvvəlki administrasiya bizə qarışıqlıq miras qalıb"-deyə Tramp sözünə davam edib.

Prezident bildirib ki, ABŞ "Amerikanın hesabına aparılan qlobal talan sisteminin bir hissəsidir". O, gələn iki hətə ərzində Paris iqlim müqaviləsi ilə bağlı "böyük qərarlar"ın veriləcəyinə söz verib. Kampaniyası zamanı Tramp

Paris iqlim müqaviləsindən çıxmaq və ya Birləşmiş Ştatların qloal atmosfer tullantılarına dair razılaşmada iştirakının yenidən nəzərdən keçirilməsi ilə hədələyirdi.

XS
SM
MD
LG