Accessibility links

Pennsilvaniya hakimi Trampın tələbini rədd edib


"Pennsilvaniya rəsmiləri Demokrat Co Baydenin ştatın 80 000-dən çox səslə qələbəsini göstərən seçki nəticələrini təsdiqləyə bilər".

Federal hakim şənbə günü bunu deməklə Prezident Donald Trampın ştatdakı 2020 seçkilərini etibarsız saymaq üçün apardığı kampaniyaya zərbə vurub.

ABŞ-ın Pennsilvaniya ştatının Villiamsport şəhərinin bölgə hakimi Matyu Brann Trampın seçki kampaniyası ilə əlaqədar məhkəmə müraciətini rədd edib. Qərarında Brann Tramp kampaniyasının təqdim hüquqi arqumentlərin dəlillər olmadan şayiələrə əsalandığını deyib.

"Amerika Birləşmiş Ştatlarının əhali sayı baxımından altıncı ştatının nəinki bütün seçiciləri, hətta tək bir seçicisinin hüquqlarının pozulmasına haqq qazandırıla bilməz. İnsanlarımız, qanunlarımız və təsisatlarımız daha çox şey tələb edir," Brann əlavə edib.

Trampın özəl vəkili Rudi Culiani və seçki kampaniyasının baş hüquq məsləhətçisi Cenna Ellis isə bu qərarı ABŞ Ali Məhkəməsinə daha sürətlə müraciət etmələri üçün müsbət bir inkişaf kimi qiymətləndirib.

Birgə bəyanatda onlar ABŞ-ın 3-cü Apellyasiya Məhkəməsinə tez bir zamanda müraciət edəcəklərini deyib.

Keçmiş federal prokuror və Nyu-Yorkun sabiq meri Culiani ötən çərşənbə günü Tramp kampaniyasını təmsil etmək üçün son on ildə ilk dəfə məhkəmə qarşısına çıxıb.

Peşəcə hüquqşünas olmuş Cuiliani məhkəmədə deyib ki, ştat qraflıqlarının insanlara səs vermək üçün kömək etməsi qeyri-qanunidir. Qarşı tərəfin vəkili Mark Aronçik Culianinin Pennsilvaniya seçki koduna bələd olmadığını bildirib.

Tramp iddia edir ki, Pennsilvaniyada fərqli-fərqli qraflıqlar seçkidən qabaq seçicilərə poçtla göndərilən səslərdəki texniki problemlərlə əlaqədar müxtəlif formada bildirişlər göndərməklə ABŞ Konstitutsiyasının bərabər qorunma təminatını pozublar.

Pennsilvaniyanın Dövlət Katibi Keti Bukvar və Baydenin səs çoxluğuna sahib olduğu yeddi qraflıq bildirir ki, Tramp əvvəllər bu növ iddialar qaldırıb və uduzub.

Şərhlərə bax

XS
SM
MD
LG