Accessibility links

Porno ulduzu Trampla əlaqəsini gizlətmək üçün təhdid edildiyini deyir


Donald Trampla əlaqəsi olduğunu iddia edən porno ulduzu Stormi Daniels CBS xəbər agentliyinə müsahibəsi zamanı əlaqəsini açıqlayacağını bildirməsindən sonra təhdidlərə məruz qaldığını və ailəsi üçün qorxduğu üçün Trampın vəkilindən susmaq pulu aldığını bildirib.

Həmin şəxs mənə yaxınlaşaraq, Trampdan əl çək dedi. Olanları unut


Əsl adı Stefani Klifford olan aktrisa idman zalına körpı qızı ilə bərabər getdiyi vaxt tanımadığı şəxsin ona yaxınladığını deyib.

"Həmin şəxs mənə yaxınlaşaraq, Trampdan əl çək dedi. Olanları unut. O, uşağa tərəf əyilərək, gözəl qızdır, anasına bir şey olsa rüsvayçılıq olar"- deyə, Stormi bildirib.

Hadisə 2011-ci ildə Las-Veqasda, onun sarı mətbuata hekayəsini satmaq istədiyi vaxt baş verib. Aktrisa bundan sonra illərlə qorxu içərisində yaşadığını və Trampın vəkili Maykl Kohendən 130 min dollar almaqla düzgün iş gördüyünü düşündüyünü bildirib.

The Wall Street Journal Danielsin pul aldığı barədə məlumat yaydıqdan sonra o, Trampla əlaqəsini dandığı sənədi imzalayarkən yalan söylədiyini etiraf edib. Bunu niyə etdiyinə dair sualın cavabında pornoqrafiya ulduzu buna məcbur oldğunu deyib.

"Onlar mənim başqa çarəm olmadığ kimi davranırdı. Fiziki təzyiqlər olmasa da, məni nəticələri qorxudurdu. Mənə həyatımı cəhənnəmə çevirəcəklərini dedilər"- deyə Daniels bildirib.

O, kimin həyatını cəhənnəmə çevirəcəyini deməsələr də bunun Maykl Kohen olduğunu bildiriyini deyib.

Karen Makdugal
Karen Makdugal

Kohen Danielsi təhdidi etdiyini inkar, verilişdə iştirak etməkdən imtina edib.

Kohenin vəkili Danielsə üzrxahlıq və onun təhdidlərlə heç bir əlaqəsi olmadığını, habelə elə bir şəxsin mövcudluğunu sual altına alan məktub ünvanlayıb.

Danielsin müsahibəsi və Pleybol modeli Karen Makduqalın Trampla 10 aylıq əlaqəsi olmasını deməsi ilə prezidentə problem yaratmış olur.

Makqugal 2016-cı il seçkilərindən öncə gizli razılığın pozulması ittihamı ilə məhkəməyə müraciət etmiş və ona 150 min dollar məbləğində vəsait ödənmişdi.

Daniels mart ayının 6-da Trampı susmaq razılığı əldə edilmədiyi üçün məhkəməyə verib.

Trampın təmsilçiləri iddiaları rədd edir.

XS
SM
MD
LG