Accessibility links

Tramp və Putin Suriya böhranını müzakirə edib


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin yeddi ilə yaxındır ki, davam edən Suriya vətəndaş müharibəsinin dinc yolla həllində Birləşmiş Millətlər Təşkilatının səylərini dəstəkləməklə bağlı razılığı əldə ediblər.

Ağ Ev deyib ki, Tramp və Putin Yaxın Şərqi və Mərkəzi Asiya regionlarında terrorizmlə qarşı birlikdə mübarizənin əhəmiyyətini təsdiqləyiblər və İŞİD, Əl-Qaidə, Taliban daxil olmaqla, terror təşkilatlarına qarşı mübarizədə mümkün əməkdaşlıq yollarını müəyyən etməyə razılaşıblar.

Trampın Putin ilə telefon danışığı Rusiya və Suriya prezidentlərinin görüşündən sonrakı günə təsadüf edib.

Kreml çərşənbə axşamı bildirib ki, onlar sülh təkliflərini Rusiya lideri ilə müzakirə etmək üçün Əsədi Soçiyə dəvət ediblər.

Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə zirvə görüşü keçirəcək.

ABŞ-ın rəhbərlik etdiyi Suriya sülh danışıqları isə 28 noyabr tarixində Cenevrədə baş tutacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG