Accessibility links

ABŞ prezident Donald Tramp Asiyaya səfəri əsnasında Rusiya prezidenti Vladimir Putinlə görüşü istisna etməyib.

“Bizim Putinlə görüşümüz ola bilər”, Tramp Fox tele kanalına müsahibəsi zamanı bildirib.

“Mən təkrar edirəm ki, Putin bizim üçün vacibdir, çünki ruslar bizə Şimali Koreya məsələsində kömək edə bilər. Onlar həm də bizə Suriya məsələsində köməklik göstərə bilər. Biz həm də Ukrayna haqda danışmalıyıq”, o əlavə edib.

ABŞ prezidenti Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippin də daxil olmaqla Asiyaya 12 günlük səfərinə başlayır.

Putin bizim üçün vacibdir, çünki ruslar bizə Şimali Koreya məsələsində kömək edə bilər. Onlar həm də bizə Suriya məsələsində köməklik göstərə bilər. Biz həm də Ukrayna haqda danışmalıyıq.
Donald Tramp

Tramp həmçinin Vyetnamda Asiya Sakit okean ölkələrinin keçiriləcək iqtisadi sammitində iştirak edəcək. Vladimir Putin də noyabrın 10-11-i baş tutucaq sammitə qatılmaq üçün orada olacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Amerika prezidentlərinin görüşünə hazırda hazırlıqların aparıldığını cümə günü təsdiq edib.

“Biz həqiqətən də belə bir görüşün keçirilməsinin mümkünlüyünü istisna etmirik, həqiqətən də məsələnin razılaşdırılması gedir”, Kremlin sözçüsü müxbirlərə bildirib.

Peskov qeyd edib ki, Rusiya və ABŞ prezidentləri arasında istənilən əlaqə və bunun “beynəlxaq məsələlərdə əhəmiyyəti” danılmazdır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG