Accessibility links

Sorğu: Amerikalılar Trampdan deyil, iqtisadi durumdan razıdır


Amerikalıların üçdə iki hissəsi ölkədəki iqtisadi durumdan razılığını bildirib.

Quinnipiak Universitetinin keçirdiyi sorğuya əsasən seçicilərin 63 faizi ABŞ iqtisadiyyatı "mükəmməl" və ya "yaxşı" qiymətləndirsə də, 34 faiz bunu "yaxşı deyil" və ya "pis" adlandırıb.

Rəyi sorğulanlarının iştirakçılarının 4-də 3-ü iqtisadi durumlarını çox yaxşı, onların 25 faizi isə maddi vəziyyətlərinin pis olduğunu deyib.

Prezident Trampın iqtisadiyyatı idarə etməsini 51 faiz bəyənsə də, 41 faiz bundan narazılığını bildirib. 45 faiz adam sabiq prezident Barak Obamanın iqtisadiyyatı daha yaxşı idarə etdiyini, 43 faiz isə bunun əksini deyib.

Amerikada işsizlik səviyyəsi son 17 il ərzində ən aşağı səviyyə, yəni 4.1 faiz təşkil edir. Səhm birjalarında dəyərlər ən yüksək nöqtəyə yüksəlib.

Quinnipiak Universitetinin bildirdiyinə görə, seçicilərin 59 faizi Trampın Ağ Ev fəaliyyətlərindən narazıdır. Onun 11 aylıq prezidentliyi 37 faiz seçici tərəfindən dəstəklənib.

Amerikalıların əksəriyyəti dövlət başçısının səmimiliyini sual edir. Onlar Trampın liderlik təcrübəsinə malik olmadığını, orta sinif amerikalıların qayğısına qalmadığını, onların dəyərlərini bölüşmədiyini bildirib.

Respondentlərin 57 faizi Trampı güclü şəxsiyyət hesab edir. 40 faiz isə bunun əksini qeyd edib. 52 faiz Trampın ağıllı olduğunu desə də, 45 faiz bununla razılaşmır.

Rəy sorğularında Konqresin gələn on il üçün 1.5 trillionluq vergi ixtisarına dair qanunu təsdiq etməsinə baxmayaraq, ABŞ prezidentinin xarici, mühacirət səhiyyə və vergi siyasətini dəstəkləyənlər az olub.

Respondentlərin 50 faizi Trampın istefa verməli olduğunu bildirib. Seksual qalmaqallarda adının hallanmasına baxmayaraq, 40 faiz seçici bunun əleyhinə olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG