Accessibility links

İran: Tramp-Ruhani görüşü olmayacaq


İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvinin bildirdiyinə görə, prezident Həsən Ruhani BMT-də ABŞ dövlət başçısı Donald Trampla görüşməyəcək.

Daha əvvə Ağ Ev İranla mümkün dialoqa açıq olduğunu bildirmişdi.

“Belə bir görüş gündəliyimizdə yer almır. Və bu, baş verməyəcək” - deyə, Musəvi dövlət televiziyası vasitəsi ilə bildirib.

İran rəsmiləri dəfələrlə Vaşinqtonla dialoqu rədd edib. Buna səbəb isə prezident Trampın 2015-ci il nüvə sazişindən çıxmasından sonra sanksiyaların qüvvəyə minməsidir.

İran ABŞ-ın Səudiyyə Ərəbistanının neft obyektlərinin bombalanmasına görə İranı günahlandırmasını qəbuledilməz adlandırıb.

Hücumun məsuliyyətini İranın dəstəklədiyi Yəmən husiləri üzərinə götürüb.

XS
SM
MD
LG