Accessibility links

Tramp ABŞ-Rusiya münasibətlərinin ən aşağı səviyyədə olduğunu deyir


ABŞ prezidenti Donald Tramp deyib ki, o, Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin 60 il əvvəl soyuq müharibə dövründə qaşıdurma da daxil olmaqla ən aşağı səviyyədə olduğunu düşünür.

Tramp Vaşinqton və Moskva arasında diplomatik iqlimi Twitter sosial şəbəkəsində yazdığı mesajında Rusiya hərbi qüvvələrinin hökumət qüvvələrinə dəstək verdiyi Suriyaya qarşı yeni raket hücumları keçirməyə söz verdiyi vaxt dəyərləndirib. Tramp yeni raket zərbələrinin Suriyanın Duma şəhərində 40 nəfərin ölümülə nəticələnmiş ehtimal edilən kimyəvi hücuma cavab olaraq keçiriləcəyini bidirib.

ABŞ prezidenti xəbərdarlıq edərək yazıb ki, “Rusiya Suriyaya atılacaq raketləri vurmağa söz verib. Rusiya hazır ol, çünki onlar gəlir”. Tramp Moskvanın Suriya prezidenti Bəşar Əsədə dəstəyindən narazılığını ifadə edib. “Siz qazla insanları tələf edən və bundan həzz alan heyvanla tərəfdaş olmamalısınız”, Tramp Twitter səhifəsində mesajında yazıb.

Tramp bildirib ki, “bizim Rusiya ilə münasibətlərimiz hər zaman olduğundan daha pisdir, buraya soyuq müharibə də daxlidir. Buna heç bir səbəb yoxdur. Rusiyanın öz iqtisadiyyatına kömək üçün bizə ehtiyacı var, bunu asanlıqla etmək olar və biz bütün ölkələrlə birlikdə işləməliyik. Silah yarışı sona çatdırılsın?”

Rusiyanın Suriyada uzun illərdir davam edən münaqişəyə cəlb olunması ilə yanaşı, Tramp Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqata da toxunub. O iddia edib ki, “Rusiya ilə münasibətlərin pisləşməsinə saxta və korrupsiyalaşmış Rusiya təhqiqatı səbəb olub.”

ABŞ-ın xüsusi prokuroru Robert Müller Trampın kampaniyasının Rusiya ilə mümkün əlaqələrinə dair bir ildən artıq davam edən təhqiqata rəhbərlik edir. ABŞ kəşfiyyatı Moksvanın Trampın qələbəsinə kömək üçün seçkilərə müdaxilə etdiyi haqda nəticə çıxarıb.

ABŞ prezidenti Donald Tramp və xüsusi prokuror Robert Müller
ABŞ prezidenti Donald Tramp və xüsusi prokuror Robert Müller

Tramp dəfələrlə kampaniyasının Rusiya ilə əlaqələri olduğuna dair fikri rədd edib.

O, təhqiqatın demokratlar, ya da keçmiş prezident Barak Obamanın administrasiyasında çalışan insanlar tərəfindən aparıldığından şikayət edib. Xüsusi prokuror Robert Müller respublikaçıdır. O həm prezident Corc Buş, həm də prezident Barak Obamanın hakimiyyəti dövrü Federal Təhqiqat Bürosunun direktoru olub.

XS
SM
MD
LG