Accessibility links

Tramp: Rusiyaya qarşı sanksiyalar daimi olmasa da, qüvvədə qalacaq


ABŞ-ın növbəti prezidenti Obama administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayacağını, lakin bunun müddətsiz olmayacağını bildirib.

The Wall Street Journal -a müsahibəsi zamanı Donald Tramp bildirib ki, sanksiyaları bir müddət qüvvədə saxlayacaq. O deyib ki, Rusiya terrorizmlə mübarizə səylərinə qoşulsa və ABŞ üçün mühüm olan məqsədlərə çatılmasına yardım etsə, sanksiyalar ləğv edilə bilər.

Tramp inaqurasiyasından dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.

“Onlar mənimlə görüşməyə hazırdır və bu, məni tamamilə qane edir” - deyə o, The Journal-a deyib.

Rusiya Donald Tramp adminstrasiyasını yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı danışıqlarda iştirak etməyə çağırıb.

Bu barədə Washington Post qəzeti yazır.

ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Toner bildirib ki, mandatı bitən Barak Obama adminstrasiyası yeni prezidentin təmsilçilərinin Astana görüşündə iştirak etməsi ideyasını dəstəkləməyə hazırdır.

Qazaxıstanda planlaşdırılan görüşdən üç gün əvvəl Donald Trump öz səlahiyyətlərinin icrasına başlayacaq.

“Washington Post” qeyd edir ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak dekabrın 28-də Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnlə telefon söhbətində onu Astanadakı danışıqlara qatılmağa dəvət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG