Accessibility links

Tramp Rusiyaya: Suriyaya qarşı raket zərbələrinə hazır ol


Rusiyanın Livandakı səfirinin rus hərbi qüvvələrinin Suriyaya atılacaq raketlərin vurulacağı barədə xəbərdarlığından sonra ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, Rusiya hazır olmalıdır, “çünki onlar gələcək”.

“Siz qazla xalqını qıran və bundan həzz alan heyvanla tərəfdaş olmamalısınız,” Tramp Twitter səhifəsində mesajında yazıb.

Rusiya buna cavab olaraq, ABŞ raketlərinin “Suriyanın legitim hökuməti” deyil, “terrorçuları” hədəf almalı olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü deyib ki, Suriya münaqişəsinə cəlb olunmuş bütün tərəflər regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək hərəkətlərdən çəkinməlidir. Bundan bir neçə saat sonra Rusiya hərbi qüvvələri Duma şəhərində əsgəri qüvvə yerləşdirəcəyini elan edib. Rusiya hərbi qüvvələrin şəhərdə təhlükəsizliyi təmin edəcəyini bildirib.

Duma şəhərinin xəstəxanasında tibb işçilərinin bildirdiyi kimi kimyəvi hücumdan sonra uşaqlara yardım göstərilir, 7 aprel, 2018.
Duma şəhərinin xəstəxanasında tibb işçilərinin bildirdiyi kimi kimyəvi hücumdan sonra uşaqlara yardım göstərilir, 7 aprel, 2018.

Suriya ilə bağlı gərginlik keçən həftənin şənbə günü Dəməşq yaxınlığında şərqi Quta bölgəsindəki Duma şəhərində azı 40 nəfərin ölümü ilə nəticələnən ehtimal edilən kimyəvi hücumdan sonra daha da artıb.

Dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ABŞ-ın raket zərbələri haqda hədələrini “vəziyyətin məsuliyyətsizcəsinə gərginləşməsi” kimi dəyərləndirib.

Birləşmiş Ştatlar və onun müttəfiqləri Suriya hərbi qüvvələrini məsul tutub, Suriya və Rusiya isə prezident Bəşar əl-Əsəd hökumətinin hərbi qüvələrinin kimyəvi hücum törətrdiyini inkar edir.

Rusiyanın Livandakı səfiri Aleksandr Zasupkin Hizbullah qrupunun Əl-Manar televiziyasında çərşənbə axşamı verdiyi müsahibəsində deyib ki, ABŞ-ın Suriyaya qarşı raket zərbələri ölkədə müharibənin daha da qızışmasına gətirib çıxara bilər.

Tramp bundan öncə kimyəvi hücumla bağlı verdiyi açıqlamasında məsuliyyət daşıyanların “bunun bədələni ödəcəyini” bildirib. O, britaniyalı və fransalı həmkarları ilə hücuma mümkün cavabı müzakirə edib.

“Biz bu, nə olacaqsa, koordinasiya edilmiş cavab üzərində işləyirik”, Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Rusiya çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasında kimyəvi hücumu araşdıracaq və buna görə məsuliyyətə cəlb edəcək komissiyanın yaradılması məqsədilə ABŞ-ın hazırladığı qətnaməyə veto qoyub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG