Accessibility links

Tramp sərhəd divarı üzrə danışıqları "vaxt itkisi" adlandırıb


Prezident Donald Tramp sərhəd divarının maliyyələşdirilməsi ilə bağlı Konqresdəki ikitərəfli danışıqları "vaxt itkisi" adlandırıb.

Ağ Evdə cümə axşamı The New York Times-a verdiyi müsahibədə Tramp sərhəd divarını tikmək üçün Konqresi adlayaraq yenidən ölkədə fövqəladə vəziyyətin elan edə biləcəyinə eyham vurub.

Pentaqon ABŞ-Meksika sərhədinə 3,500 hərbçi göndərir.

Eyni zamanda Pentaqon sərhəd təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın Meksika ilə sərhədlərinə əlavə 3500 hərbçi göndərəcəyini bildirib.

Mərkəzi Amerikadan minlərlə mühacirin ABŞ-a sığınacaq istəyi ilə keçdiyi zaman, sərhəd patrul xidməti işçiləri Meksika ilə beynəlxalq sərhəd yaxınlığında bir sıra təlimlər keçirib.

Tramp fövqəladə vəziyyət elan edərsə, sərhəd üçün heç bir maliyyə ayırmaq istəməyən Demokratlar çox güman ki, Trampı məhkəməyə verəcək.

Üç həftə ərzində sərhəd təhlükəsizliyi ilə bağlı Tramp imzalaya biləcək heç bir razılıq əldə olunmasa, hökümət yenidən bağlana bilər.

800,000 federal işçi ötən şatdaun dönəmində maaş ala bilməmiş, əksər federal idarələr o cümlədən muzeylər və milli parklar qapanmışdı.
800,000 federal işçi ötən şatdaun dönəmində maaş ala bilməmiş, əksər federal idarələr o cümlədən muzeylər və milli parklar qapanmışdı.

Çərşənbə günü Vaşinqtonda Konqreslə danışıqlar zamanı tərəflər 35 gün davam edən və ötən həftə başa çatan hökümətin qismən bağlanmasına səbəb olan sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi üçün kompromis tapmağa çalışıblar. Tərəflərin həll yolunu tapmaq və ya hökümətin yenidən bağlamasına yol vermək üçün fevralın 15-nədək vaxtları var.

ABŞ tarixində ən uzun “şatdaundan“ sonra federal işçilər yenidən öz işlərinə qayıdıb.

Hökümət ya fevralın 15-də yenidən bağlanacaq, ya da mən fövqəladə vəziyyəti elan etmək üçün Konstitusiya və ABŞ qanunlarına əsasən mənə verilən səlahiyyətlərdən istifadə edəcəyəm.

Prezident Donald Trampla müxalif demokratların sərhəd təhlükəsizliyi mövzusunda kompromisə gəlməyə razılaşdıqdan sonra “şatdauna“ məruz qalan qurumlar yenidən açılıb.

Tramp Twitter-də yeni xəbərdarlıq edib ki, hər hansı bir razılaşma sərhəd divarının maliyyələşdirilməsini əhatə etməlidir.

“Hökümət ya fevralın 15-də yenidən bağlanacaq, ya da mən fövqəladə vəziyyəti elan etmək üçün Konstitusiya və ABŞ qanunlarına əsasən mənə verilən səlahiyyətlərdən istifadə edəcəyəm," ABŞ prezidenti Donald Tramp.

Lakin Senat lideri Mitç MakKonnell və Respublikaçılar arasında daha bir “şatdauna“ həvəs azdır.

““Şatdaunu sevmirəm“. Bunun kimin üçünsə yaxşı olduğunu düşünmürəm, bunun qarşısını almaq lazımdır", Senatın çoxluq lideri Mitç MakKonnell.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG