Accessibility links

Tramp sərhədi qanunsuz keçməyə cəhd edən miqrantları ölkəyə buraxmaq niyyətində deyil


ABŞ prezidenti Donald Tramp deyir ki, onun administrasiyası Birləşmiş Ştatlara daxil olmaq üçün ABŞ-Meksika sərhədinə gələn mərkəzi amerikalı miqrantarı ölkəyə buraxmaq niyyətində deyil.

Tramp bazar günü Mississippi ştatında siyasi aksiya zamanı deyib ki, Birləşmiş Ştatlar ölkəyə qanuni şəkildə daxil olmaq istəyən insanları istəyir.

“Bilirsiniz ki, bu axın uzun illərdir davam edir. İndi iqtisadiyyat inkişaf etdiyinə görə, insanlar bura gəlir, amma bu illərdir baş verir – onlar sərhədi elə belə keçir. Amma artıq keçməyəcəklər” – deyə, prezident Donald Tramp bildirib.

Trampın şərhləri ABŞ sərhəd patrul xidmətinin işçilərinin ABŞ-ın San Dieqo şəhərini Meksikanın Tihuana şəhərindən ayıran sərhədi qanunsuz keçməyə çalışan bir qrup miqranta qarşı gözyaşardıcı qazdan istifadə etməsindən bir gün sonraya təsadüf edib.

Bu insident ABŞ hüquq-mühafizə orqanlarını San İsidro keçidini bağlamağa vadar edib. Tramp administrasiyası təhlükəsizliyi təmin etmək üçün bu addımı atmağa hər an hazır olduğunu söyləyirdi.

XS
SM
MD
LG