Accessibility links

Tramp Səudiyyə Ərəbistanının Xaşuqcinin ölümü ilə bağlı bəyanatının etibarlı olduğunu deyib


Camal Xaşuqci
Camal Xaşuqci

Səudiyyə Ərəbistanı jurnalist Camal Xaşuqcinin İstanbuldakı konsulluqda dava nəticəsində öldüyünü söyləyəndən sonra, ABŞ prezidenti səudiyyəlilərin söylədiklərinin “etibarlı” olduğunu deyib. Lakin ABŞ qanunvericiləri buna inanmaqda çətinlik çəkdiklərini bildirir. Bu isə Qərbin müttəfiqi olan Səudiyyə Ərəbistanı barədə görüləcək tədbirləlrə bağlı mübahisənin yaranacağına işarə edir.

Səudiyyə Ərəbistanı gözəl müttəfiq olub. Baş verənlər qəbuledilməzdir
Donald Tramp

Səudiyyə Ərəbistanı Xaşuqcinin ölümü ilə bağlı bəyanatını təsdiq etmək üçün heç bir dəlil irəli sürməyib. Bu bəyanatın digər ölkələri qane edib-etməyəcəyi isə bəlli deyil.

Lakin Səudiyyə Ərəbistanı ilə daha yaxın əlaqələr qurmağı xarici siyasətinin əsas prioritetlərindən biri hesap edən Tramp Arizonada ikən deyib: “Məncə bu yaxşı ilk addımdır, bu böyük addımdır”.

“Səudiyyə Ərəbistanı gözəl müttəfiq olub. Baş verənlər qəbuledilməzdir” – deyə, o əlavə edib və Səudiyyə Ərəbistanının de fakto lideri şahzadə Məhəmməd bin Salmanla danışacağını söyləyib.

Tramp regional rəqib İrana qarşı mübarizədə Riyadın vacibliyini və ABŞ silahlarının Səudiyyə Ərəbistanına kütləvi satışının Amerikadakı iş yerləri üçün mühüm rolunu vurğulayıb.

Lakin Riyadın bəyanatı bəzi qanunvericiləri inandırmayıb.

ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham deyib ki, o, səudiyyəlilərin cənab Xaşuqcinin ölümü ilə bağlı irəli sürdükləri versiyaya skeptik yanaşır.

Camal Xaşuqci Riyadın İstanbuldakı konsulluğuna daxil olarkən
Camal Xaşuqci Riyadın İstanbuldakı konsulluğuna daxil olarkən

Birləşmiş Ştatlarda yaşayan Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın tənqidçisi oktyabrın 2-də evlənməsi üçün tələb olunan sənədləri almaq üçün konsulluğa getmişdi. Lakin sonradan onun nişanlısı Hatice Cengiz onun konsulluğu tərk etmədiyini bildirmişdi.

Bundan bir neçə gün sonra Türkiyə rəsmiləri onun binada ikən öldürüldüyünü, bədəninin isə parçalara bölündüyünü bildirmişdi. Səudiyyə Ərəbistanı isə indiyədək bu ittihamı rədd edir.

Şənbə günü Səudiyyənin ictimai prokuroru bildirib ki, Xaşuqci ilə onu konsulluqda qarşılayan şəxslər arasında dava düşüb və onun ölümü ilə nəticələnib. Prokuror bəyanatda 18 səudiyyə vətəndaşının həbs olunduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı rəsmisi Reuters xəbər agentliyinə söyləyib: “Bir qrup səudiyyəli arasında qarşıdurma yaşanıb və Camal boğularaq ölüb. Onlar onun səsini kəsməyə çalışıb”.

Səudiyyə Ərərbistanını dövlət mediası bildirib ki, kral Salman kral ailəsinin müşaviri və şahzadə Məhəmmədin sağ əli hesab edilən Səud Kahtani və kəşfiyyat idarəsinin rəis müavini Əhməd Əsiri də daxil olmaqla beş rəsmini vəzifələrindən azad edib.

ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı lideri kral Salmanla görüşüb
ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı lideri kral Salmanla görüşüb

Türkiyə mənbələri hüquq-mühafizə orqanlarında Xaşuqcinin konsulluqda öldürüldüyünü təsdiq edən audio qeydlərin olduğunu bildirir.

Səudiyyəlilərin bəyanatından öncə Tramp sanksiyaları nəzərdən keçirə biləcəyini demişdi, lakin belə görünür, o özünü Səudiyyə rəhbərliyindən çox uzaqlaşdırmaq istəmir.

O, Arizonada ikən Konqreslə birgə növbəti addımlar üzərində işləyəcəyini söyləyib, lakin deyib ki, “Mən cəza olaraq 110 milard dollar dəyərində işin ləğv olunmamasını üstünlük verirəm, cünki bu, 600 min iş yeri deməkdir...bizim İrana qarşı çıxmaq üçün onlara ehtiyacımız var”.

XS
SM
MD
LG