Accessibility links

Tramp səyahət qadağası ilə bağlı məhkəmə qərarının yaratdığı boşluğu bağlamaq istəyir


Prezident Donald Trampın səyahət qadağası ilə bağlı məhkəmə qərarı on minlərlə qaçqının Birləşmiş Ştatlara daxil olmaq imkanını yenidən bərpa edib. Hökümət isə bunun qarşısını almaq istəyir.

Havaydakı federal hakimin hökümətə Amerikaya köçmək üçün rəsmi olaraq Birləşmiş Ştatlarda qaçın yerləşdirmə idarələri ilə işləyən qaçqınları ölkəyə daxil olmağa icazə verməsinə əmr etməsindən sonra, cümə günü Tramp administrasiyası ABŞ Ali Məhkəməsinə müraciət edib.

Federal hakim Derrik Vatson həmçinin altı müsəlman ölkəsindən gələn ziyarətçilər və qaçqınların ölkəyə daxil olmaq üçün istifadə edə biləcəkləri ailə əlaqələri siyahısını genişləndirərək, nənə-babaları bu siyahıya daxil edib.

Yoxlanılmış 24 min qaçqın

Cümə axşamı çıxarılan məhkəmə qərarı oktyabr ayında ölkənin ən yüksək məhkəməsində sonlanacaq hüquqi mübarizə ilə bağlı ən son yenilikdir.

Bu qərar artıq Birləşmiş Ştatlar tərəfindən yoxlanılan və təsdiq olunan, lakin qaçqınların ölkəyə girişini 120 günlük donduran qərarla ölkəyə girişlərinin qarşısı alınacaq 24 min qaçqına yardım edə bilər. Bunu Beynəlxaq Qaçqınlara Yardım Layihəsinin direktoru Bekka Heller söyləyir.

“Onların çoxu təhlükəsiz bir yerdə yeni həyata başlamaq üçün hər şeyini satıb. Bu qərar isə onların ümidlərini qaytardı”, o deyir.

Milli təhlükəsizliyi qorumaq məqsədilə yoxlanış prosesini nəzərdən keçirməli olduğunu səbəb gətirərək, administrasiya sentyabrın 30-nadək ölkəyə daxil olan qaçqınların sayını 50 minlə məhdudlaşdırıb. Onların sayı isə 50 minə artıq bu həftə çatıb.

Federal büdcə 75 min qaçqının yerləşdirilməsi üçün yetərli olsa da, Trampın hakimiyyəti dövründə ölkəyə daxil olan qaçqınların sayı azalıb, yerləşdirmə idarələri isə deyir ki, hökümət bu sayı bir az daha azalda bilər.

Seşşins Ali Məhkəməyə müraciət edəcək

Baş prokuror Ceff Seşşins deyib ki, administrasiya səyahət qadağasının əleyhinə qərar çıxaran San-Fransiskoda yerləşən ABŞ-ın 9-cu Dairə Məhkəməsini yan keçərək, Ali Məhkəməyə müraciət edəcək.

Ötən ay Ali Məhkəmə səyahət qadağasının dəyişdirilmiş versiyasının tətbiq olunmasına icazə verib.

Administrasiya ilk addım olaraq, 9-cu Dairə Məhkəməsinə appelyasiya şikayəti ilə müraciət edib. Bu isə onların birbaşa daha yüksək məhkəməyə müraciət etmələrinə imkan yaradıb. Ali Məhkəmənin məsələ ilə bağlı nə zaman qərar verəcəyi bəlli deyil, amma administrasiya iyun ayında verilən qərara aydınlıq gətirilməsi üçün Məhkəmənin tezliklə bir cavab verməsini tələb edəcək.

Hazırda hakimlər məzuniyyətdə olduğu üçün, hər hansı qısa-müddətli bir qərar yazılı formada olacaq.

Havayın baş prokuroru Daqlas Çin
Havayın baş prokuroru Daqlas Çin

Səyahət qadağasının çətinlikləri

Administrasiya Suriya, Sudan, Somali, Liviya, İran və Yəmən vətəndaşlarına qarşı tətbiq etdiyi səyahət qanunu ilə bağlı məhkəmələrin əksəriyyətini uduzub.

Ali Məhkəmənin qərarına əsasən isə səyahət qadağası ABŞ-da bir insan və ya bizneslə həqiqi əlaqəsi olan bir çox qaçqın və digərlərinə tətbiq olunmayacaq. Hakimlər bu əlaqələrin nə olduğunu açıqlamasa da, çox yaxın qohum, iş təklifi və universitetdə təhsil ola biləcəyini bildirib.

Vatson isə bu siyahıya nənə-baba, nəvə, kürəkən, gəlin, xala, bibi, əmi və dayıları daxil edib.

Havay ştatının baş prokuroru general Daqlas Çin deyib ki, qərar elə yazılıb ki, ABŞ höküməti səyahət qadağasını istədiyi kimi dəyişə bilməsin.

“Ailə üzvləri bir-birindən ayrı salınıb, insanlar isə kifayət qədər əziyyət çəkib”, Çin deyib.

XS
SM
MD
LG