Accessibility links

Tramp Tik-Tok platformasına ABŞ-da qadağa qoyur


ABŞ prezidenti Donald Tramp cümə axşamı Çinin iki mobil tətbiqi ilə işləməyi qadağan edən sərəncam imzalayıb.

Sərəncama əsasən ABŞ şirkətlərinin video paylaşma platforması TikTok-un sahibi ByteDance və mesajlaşma xidməti WeChat-in sahibi Tencent ilə işləmələri qadağan edilir.

Çin şirkətlərini hədəfə alan sərəncam 45 gündən sonra qüvvəyə minəcək.

Analitiklər deyir ki, Trampın bunun üçün qanuni səlahiyyətə sahib olub-olmadığı hələ ki məlum deyil.

Sərəncam Tramp administrasiyası və ABŞ qanunvericiləri tətbiqə dair şəxsi məlumtaların toplanması və məxfilik protokolları ilə bağlı narahatlılqarını dilə gətirdikən sonra imzalanıb. Lakin onlar bu iddiaları dəstəkləyəcək heç bir dəlil irəli sürməyiblər.

Hər iki şirkət məlumatları Çin hökuməti ilə bölüşmədiyini bildirib.

"Mən bir yerdə açıq aşkar məxfilik problemi olduğunu gördükdə ilk səs-küy salan adamam" deyə mobil təhlükəsizlik mütəxəssisi Uill Strafaç keçən ay "Associated Press"-ə bildirib. "Lakin biz hələ Tik-Tok-un açıq-aşkar qayda pozuntusunu aşkar etməmişik" deyə o əlavə edib.

Təhlilçilər Çinin qisas alacağını gözlədiklərini bildirir.

Dövlət katibi Mayk Pompeo çərşənbə günü bildirib ki, təhlükəsizlik narahatlığı səbəbilə ABŞ tətbiq mağazalarında Çin tətbiqlərinin satılmasına icazə verilməyəcək.

Hazırda dünyada milyonlarla insan bu iki mobil tətbiqdən istifadə edir.

XS
SM
MD
LG