Accessibility links

ABŞ İŞİD-i məğlub edəndən sonra Suriyadakı qruplara dəstəyini azaldacaq


ABŞ İŞİD-i məğlub edəndən sonra Suriyadakı qruplara dəstəyini azaldacaq
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Ağ Ev bildirib ki, İslam Dövləti qrupunun məğlubiyyətindən sonra Birləşmiş Ştatlar militantlara qarşı döyüşən yerli qruplara dəstəyini azaldacaq. Siyasət dəyişikliyini ilk öncə ötən həftə Türkiyə açıqladı. Türkiyə uzun zamandır ABŞ-ın Ankaranın terror təşkilatı adlandırdığı kürd YPG militatlarına dəstəyinə görə gileylənir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü mətbuat konfransı zamanı bildirib ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ilə telefon söhbəti zamanı kürd döyüşçüləri silahlandırmağa son qoyacağına söz verib. Ağ Ev isə belə bir sözün verildiyini təsdiq etməyib.

XS
SM
MD
LG