Accessibility links

Tramp və Bayden həlledici ştatlarda kampaniya aparır


Birləşmiş Ştatlarda 2020-ci il prezident seçkilərinə iki aydan az vaxt qaldığı zaman prezident Tramp və demokrat namizəd Co Bayden seçki kampaniyalarını həlledici ştatlarda aparır. Prezidentliyə namizədlər öz mesajlarını tərəfdarlarına çatdırmaq üçün fərqli yanaşma nümayiş etdirir. 11 Sentyabr ABŞ-a qarşı terror hücumlarının ildönümündə hər iki namizəd aralarında fərqin az olduğu həlledici Pensilvaniya ştatına səfər edib.

Prezident Donald Tramp bu həftə həlledici beş ştata səfər edib: Florida, Şimali Karolina, Miçiqan, Pensilvaniya və Nevadaya.

Tramp və Bayden həlledici ştatlarda kampaniya aparır
please wait

No media source currently available

0:00 0:03:19 0:00

O, minlərlə insan qarşısında kampaniya tədbirlərini bərpa edərək, bunun Qaraların Həyatı Mühümdür nümayişlərindən fərqli olmadığını deyir.

“İğtişaş törətmək, bir-birinizlə üz-üzə dayanmaq və istədiyiniz hər şeyi etmək istəyirsinizsə, bunu edə bilərsiniz, çünki bu, dinc nümayiş hesab edilir. Buna görə də biz mitinqlərimizi dinc etirazlar adlandırmaq qərarı verdik.”

Bu arada, Demokrat namizəd Co Bayden öz tərəfdarları ilə bu həftə Pensilvaniyada olduğu kimi, sosial məsafə gözləməklə kiçik qruplar şəklində görüşlər təşkil edir.

Baydenin kampaniyası öz namizədini başqalarını təhlükə qarşısında qoymayan bir lider kimi göstərmək üçün tədbirləri virtual olaraq keçirir.

Corc Vaşinqton Universitetində siyasi elmlər professoru Todd Bell:

“Daha kiçik tədbirlərdə, insanların dediklərinə qulaq asan bir şəxs. Bu da onun mesajının sosial ədalət, eləcə də tibbi və iqtisadi aspektlərinin bir hissəsidir. Prezident Tramp isə böyük izdihamlı kütlələr istəyir. O özünün dediyi kimi, amerikalıların səssiz əksəriyyətinin dəstəyini aldığını, seçki yarışlarında olduğunu və hələ də çox sayda tərəfdarının olduğunu göstərmək istəyir.”

Bu həftə Miçiqanda kampaniyası zamanı Bayden jurnalist Bob Vudvordun prezidentin hələ fevral ayında panikaya səbəb olmaması üçün koronavirusun risklərinin əhəmiyyətini azaltdığını etiraf etdiyi səs yazısının açıqlandığı yeni kitabını qeyd edərək, Trampı kəskin tənqid edib.

Co Bayden, Demokrat namizəd: “Onun məlumatı var idi. O bunun nə qədər təhlükəli olduğunu bilirdi. Və bu ölümcül virus ölkəmizi bürüyəndə o bilərəkdən öz işini görmürdü. Bu, Amerika xalqına ölüm-dirim xəyanəti idi.”

Prezident Donald Tramp: “Biz panika göstərmək istəmirdik. Biz panika göstərmirik. Mən də bunu etdim. Və mən istər Vudvord, istərsə də başqa kiminləsə çox açıq idim.”

Rəy sorğuları pandemiyanın seçicilərə motivasiya verdiyini və amerikalıların əksəriyyətinin Trampın koronavirusa qarşı mübarizəsindən razı qalmadığını göstərir. Baydenin kampaniyası bunu vurğulamağa çalışır.

Trampın rəy sorğularında Baydendən geri qalmasına baxmayaraq, fərq xüsusilə də bəzi həlledici ştatlarda olduqca azdır.

Trampın kampaniyası yerli ofislərin açılması və evbəev sorğu kimi ənənəvi tədbirləri bərpa edib.

Baydenin müşavirləri onların müxtəlif koalisiyalar və maraq qruplarını hədəf alan pandemiya və iqtisadiyyat məsələlərinə yönəlmiş strategiyalarının işlədiyini deyir. Lakin buna baxmayaraq, bəzi demokratlar narahatdır.

Kristina Proktor, Pensilvaniya ştatının Vaşinqton dairəsinin Demokrat komitəsi: “Onlar öz tədbirləri ilə coşqu yaradır, onlar qapıları döyür, biz pandemiyanı çox ciddi qəbul etdiyimizə görə bunu etmirik. Mən bunun bizə zərər verə biləcəyindən narahat oluram.”

Həm Tramp, həm Bayden cümə günü Pensilvaniyada terrorçuların qaçırdığı 4 təyyarədən biri olan United 93 təyyarəsinin qəzaya uğradığı Şanksvilldə 11 Sentyabr hadisələrinin ildönümünü qeyd edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG