Accessibility links

Tramp və Kim sammiti: Yalnız görüş kifayət olmayacaq


Tramp və Kim sammiti: Yalnız görüş kifayət olmayacaq
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Ötən il Sinqapurda Donald Tramp və Kim Conq Un "Koreya yarımadasının təmamilə nüvəsizləşdirmə" istiqamətində birgə işləməyə razı olmuşdu.

Vyetnamdakı müzakirələrin mərkəzində isə bu ideyanın nə demək olduğunu aydınlaşdırmaq və onu necə həyata keçirmək olacaq.

"Məncə ilk sammitdən fərqli olaraq bu il hər iki tərəfin üzərində nəticə əldə etməsi üçün təzyiq olacaq. Əks təqdirdə zirvə görüşü böyük uğursuzluq olar və biz yenidən başa qayıtmış olacağıq." - deyə, ekspert Robert Manninq bildirib.

ABŞ Şimali Koreyadan əsas nüvə obyektinin ləğv edilməsi və ya sahib olduqları nüvə raketlərinin siyahısını təqdim etmək kimi nüvəsizləşdirmə istiqamətində əhəmiyyətli addım atılmasını istəyir.

Şimali Koreya isə ABŞ-dan sanksiyaları azaltmağı və ya 1950-ci illərdən davam edən Koreya müharibəsinə rəsmi şəkildə son qoymasını istəyir.

Lakin razılaşmanın ən məhsuldar nəticəsi prossesin daha aşağı səviyyəli rəsmilər tərəfindən davam etdirilməsi ola bilər.

"İki ölkənin liderləri hər şeyi özləri həll edə bilməz. Mən düşünmürəm ki, onların bəzi mürəkkəb məsələləri həll etmək üçün həmin məsələlər haqda kifayət qədər anlayışları var. Bunun üçün elm adamlarına və texniki mütəxəssislərə ehtiyac var." - deyə, Silahlara nəzarət təşkilatının nümayəndəsi Ceyms Makkohen qeyd edib.

Vyetnam görüşünü Sinqapurdan daha əhəmiyyətli edən amillər var.

Zirvəyə hazırlıq mərhələsində ABŞ rəsmiləri Şimali Koreyalı həmkarlarıyla daha çox iş səviyyəsində görüş keçirib.

Həmçinin Vyetnamda nüvə razılaşmasıyla bağlı daha konkret irəliləyişlər əldə etmək üçün tərəflərin bir deyil, iki gün görüş imkanı olacaq.

XS
SM
MD
LG