Accessibility links

Tramp: Venesuela ordusu Maduroya dəstəyinə son qoymalıdır


Tramp: Venesuela ordusu Maduroya dəstəyinə son qoymalıdır
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ prezidenti Mayamidə əksəriyyəti venesuelalı və kubalı amerikalılar olan kütlə qarşısındakı çıxışında Venesuela ordusunu prezident Maduroya yardımını dayandırmağa və humanitar yardımların ölkəyə daxil etməyə çağırıb.

Ərzaq və yardım daşıyan Amerika təyyarələri Kolumbiya ilə sərhəddə gözləməli olub. Belə ki, yardımların venesuelalılara nə zaman çatdırılacağı bəlli deyil. Maduro isə bunu ABŞ işğalının başlanğıcı adlandıraraq, işğala hərbi yolla mane olacağını bildirib.


"O, xalqının yardımlarla deyil, aclıqla təmin edilməsini istəyir" , Tramp bildirib.


Mayami çıxışında Tramp ordunu Maduroya dəstəyini dayandıqmağa çağırıb.

"Bu yolu seçsəniz, sizin çıxış, sığınacaq kimi yolunuz qalmır. Hər şeyi itirəcəksiniz" , Tramp deyib.

Tramp Venesuelanın müxalifət lideri Xuan Quaydonu dəstəklədiyini deyənlər arasında ilk liderdir.

Venesuela siyasəti hər iki partiya tərəfindən dəstəklənən ABŞ prezidenti çıxışı zamanı sosializmi dəfələrlə pisləyib.


"Sosialzm və kommunizmin günləri qalıb" - deyə, ABŞ dövlət başçısı bildirib.

Gələn il yenidən seçilmək ehtimalı qarşısında prezident bu mövqedən müxalif demokratlar əleyhinə tez-tez çıxış edir.


"Venesuela ilə bağlı baxışlarının onun ABŞ-da partiyasının məsələsi olacağı məni qorxudur" - deyə, Brukinqs institutundan Deni Bahar bildirib.

Bahar Trampın anti-Maduro siyasətini dəstəkləsə də, düşünür ki, venesuelaların taleyi Trampın yenidən seçilməsinə alət olmamalıdır.


"Bu çıxışın onun seçki kampaniyasının bir hissəsi olduğu şühbə doğurmur. O, Venesuala xalqına deyil, Floridadakı seçicilərinə müraciət edib. Bu isə məyusedicidir."
Böhran 3 milyona yaxın venesuelalını ölkəni tərk etməyə vadar edib.


"Biz könüllülər konstitusiyamızı qoruyacağımıza və humanitar yardımları ölkəyə gətirəcəyimizə and içirik", Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo deyib.

Quaydo Kolumbiya, Braziliya və Karib dənizi ölkələrində üst-üstə yığılan ABŞ yardımlarının çatdırılması üçün könüllülər ordusu yaradıb.

Şənbə günü o, blokadanı yarmağı və minlərlə venesuelalını yardımla təmin etməyi planlaşdırır.

Ordunun Maduroya dəstəyini davam etdirdiyi təqdirdə, bu, potensial qarşıdurma deməkdir.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG