Accessibility links

Donald Tramp şəxsi vəkilinin ofisinə və evinə edilən reydlərdən qəzəblənib


ABŞ prezidenti Donald Tramp seksual münasibəti qarşılığında porno ulduza 130 min dollar verildiyinə dair dəlillər axtarmaq üçün onun şəxsi vəkilinin ofisinə və evinə edilən reydlərdən qəzəblənib.

Xüsusi məsləhətçi Robert Müller vəkil Maykl Kohenin 2016-cı ildə keçirilən prezident seçkilərindən bir neçə gün əvvəl etdiyi əməlinə dair narahatlığa diqqəti çəkib. Lakin baş prokuror müavini Rod Rosensteyn reydin keçirilməsi üçün müraciət edib.

Bir çox ekspert hətta Tramp Mülleri vəzifəsindən azad etmək istəsə belə o, bunu baş prokuror müavini Rod Rosensteynin vasitəsi ilə etməli olduğunu deyir. Rosensteyn isə bunu etməkdən imtina edə bilər.

Baş prokuror Ceff Seşions özünü Rusiya təhqiqatından diskvalifikasiya etdikdən sonra Rosensteyn bu işə təyin edilib.

Prezident Seşionsun özünü bu işdən diskvalifikasiya etməsini bağışlamayıb və onun bu əməlini böyük səhv adalndırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG