Accessibility links

Tramp: Heç bir diktator Amerikanın əzmini qiymətləndirməyə bilməz


ABŞ prezidenti Donald Tramp Yaponiyada Yokota hərbi hava bazasında Amerika əsgərləri qarşısında çıxış edir. 5 noyabr 2017
ABŞ prezidenti Donald Tramp Yaponiyada Yokota hərbi hava bazasında Amerika əsgərləri qarşısında çıxış edir. 5 noyabr 2017

ABŞ prezidenti Donald Tramp Yaponiyada Yokota hərbi hava bazasında Amerika əsgərləri qarşısında çıxış edərkən deyib ki, “heç kəs, nə bir diktator, nə də bir rejim Amerikanın əzmini qiymətləndirməyə bilməz”. Amerika prezidenti bu açıqlamanı Asiya ölkələrinə 12 günlük səfərinin ilk dayanacağı olan Yaponiyada baş nazir Şinzo Abe ilə görüşündən öncə verib. Səfər əsnasında müzakirələr zamanı Şimali Koreya məsələsinin əsas diqqət mərkəzində olacağı gözlənilir.

Trampın ABŞ əsgərləri qarşısında çıxışı zamanı verdiyi açıqlamaları təcrid olunmuş Pxenyan rejiminə xəbərdarlıq kimi qiymətləndirilir.

ABŞ prezidenti Donald Tramp Yokota hərbi hava bazasında Amerika əsgərləri qarşısında çıxış edir
ABŞ prezidenti Donald Tramp Yokota hərbi hava bazasında Amerika əsgərləri qarşısında çıxış edir

Yokota hərbi bazasında çıxış etdikdən sonra ABŞ prezidenti hərbi vertolyotla Tokio yaxınlığındakı Saitama prefekturasında yerləşən Kasukigaseki elitar klubuna gəlib. Orada onu Yaponiyanın baş naziri Şinzo Abe qarşılayıb. 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları zamanı qolf üzrə turnir bu klubda keçiriləcək.

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe

Klub üzvlərinin naharı zamanı Tramp və Abe üzərində “Donald və Şinzo müttəfiqliyi daha da möhtəşəm edir” yazılmış papaqların üstünə imzalarını qoyub.

Nahardan sonra isə iki lider professional yapon qolf ustası Hideki Matsuyama ilə qolf oynayıb.

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe üzərində “Donald və Şinzo müttəfiqliyi daha da möhtəşəm edir” yazılmış papaqların üstünə imzalarını qoyub
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe üzərində “Donald və Şinzo müttəfiqliyi daha da möhtəşəm edir” yazılmış papaqların üstünə imzalarını qoyub

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, oyun zamanı Tramp və Abe “bir qədər Şimali Koreya haqda danışıblar”. O bildirib ki, Şimali Koreya məsələsi bazar günü axşam şam yeməyi zamanı və bazar ertəsi keçiriləcək görüşlər zamanı müzakirə ediləcək.

Prezident Tramp və birinci xanım Melaniya Tramp Yaponiyanın baş naziri Şnzo Abe və onun xanımı Akiye Tokioda restoranda şam yeməyindən öncə
Prezident Tramp və birinci xanım Melaniya Tramp Yaponiyanın baş naziri Şnzo Abe və onun xanımı Akiye Tokioda restoranda şam yeməyindən öncə

Yüksək səviyyəli rəsmiyə əsasən, Şimali Koreya bütün danışıqlarda diqqət mərkəzindədir. O, ABŞ dövlət katibi Reks Tillerson və administrasiyanın digər rəsmilərinin Şimali Koreyanın yenidən terrorizmi dəstəkləyən ölkə kimi səciyyələndirilməsi məsələsini çox diqqətlə nəzərdən keçirdiyini bildirib.

XS
SM
MD
LG