Accessibility links

Trampa qarşı işdən gəlirgötürmə üzrə iddia qaldırılıb [Video]


Merilend ştatı ilə Kolumbiya Mahalı prezident Donald Trampa qarşı “böyük” iddia qaldırıb. İddiaya əsasən, Trampın biznes imperiyasına sahib olması maraqların toqquşmasına səbəb olur və ABŞ Konstitusiyasını pozur.

Trampın adı göydələnlərdən tutmuş qolf meydançalarına, şərablardan tutmuş ətirlərə kimi bir çox məhsulun üzərində yer alır. Bundan öncə heç bir ABŞ prezidentinin adı bu qədər çox məhsulla əlaqələndirilməmişdi.

Amerika xalqının hər gün alınan qərarların, atılan addımların Birləmiş Ştatlara yoxsa prezident Trampa xeyir gətirəcəyini sual etməsi misli görünməmiş bir haldır.

Bu hal Trampın çox müvəffəq bizmesmen olmasına yardım etsə də, prezident kimi ona yaxşı ad qazandırmır.

Buna görə də, bazar ertəsi Merilend ştatı ilə Kolumbiya Mahalı Trampa qarşı iddia qaldırıb. Onlar Trampın prezidentlikdən biznes imperiyasını zənginləşdirmək üçün istifadə etdiyini iddia edir.

“Amerika xalqının hər gün alınan qərarların, atılan addımların Birləmiş Ştatlara yoxsa prezident Trampa xeyir gətirəcəyini sual etməsi misli görünməmiş bir haldır”, deyə Merilendin baş prokuroru Brayn Froş bildirib.

Ən əsası iddiada Trampın Konstitusiyada ABŞ rəsmilərini xarici hökümətlərdən hədiyyə və ya ödəniş almalarını qadağan edən müddəanı pozduğu deyilir.

Bu iddiada xüsusi olaraq Ağ Evə bir neçə addım yaxınlıqda yerləşən Tramp oteli hədəf alınır.

“Biz bilirik ki, xarici hökümətlər Birəşmiş Ştatlar prezidentinə xoş gəlmək üçün həmin oteldə pul xərcləyir”, Kolumbiya Mahalının baş prokuroru Karl Rasin deyib.

Bunun arxasında partiya siyasətinin dayandığına dair nəticə çıxarmaq heç də çətin deyil.

Buna misal olaraq, Birləşmiş Ştatlar prezidenti ilə mühüm biznes və siyasi əlaqələri olan Səudiyyə Ərəbistanı höküməti Tramp Beynəlxalq Otelində yüzminlərlə dollar pul xərcləyib.

Tramp Təşkilatı, oteldə qalan xarici rəsmilərdən əldə olunan gəlirləri ABŞ xəzinəsinə ianə edəcəyini bildirir.

Tramp biznes imperiyasına nəzarəti iki böyük oğluna həvalə edib, amma şirkətin sahibi olaraq özü qalır. Bu isə, siyasi hüquq üzrə ixtisaslaşan Keyt Belinskinin sözlərinə görə, gələcəkdə ona qarşı başqa iddiaların da qaldırılmasına gətirib çıxara bilər.

“Məncə bu, həmişə problem olacaq. O, digər prezidentlər kimi, bizneslərindən imtina etmək üçün heç bir addım atmayıb. Buna görə də, bunu etmədiyi təqdirdə ona qarşı bu cür iddialar qaldırılmağa davam edəcək” deyə o bildirib.

Bazar ertəsi mətbuat brifinqində Ağ Evin sözçüsü Şon Spayser bu iddiaya məhəl qoymayıb.

“Bunun arxasında partiya siyasətinin dayandığına dair nəticə çıxarmaq heç də çətin deyil”, deyə o bildirib.

Bunun Trampa ən böyük təsiri siyasi ola bilər, çünki bu məsələ onsuz da başqa neqativ manşet başlıqları ilə üzləşən admisintrasiyanın diqqətini yayındıra bilər.

XS
SM
MD
LG