Accessibility links

Seçicilərin Trampın hesabat məruzəsinə reaksiyası [Video]


Seçicilərin Trampın hesabat məruzəsinə reaksiyası
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Amerikalılar prezident Donald Trampın Konqresin hər ili palatası qarşısında etdiyi ilk illik hesabat məruzəsinə reaksiya verirlər. Onun çıxışı birləşdirici səslənsə də, ölkədə olan qütbləşmənin azalmasına təsir edəcəyi sual altındadır.

Gənc respublikaçılar məruzəni Çikaqoda barda izlədilər.

Emmanuel Harris, Respublikaçı seçici: “Fikirləşirəm ki, Trampdan eşitmək istədiyim hər şeyi eşidirəm. O, bizi düzgün istiqamətə aparır. O, ölkədə çalışmayan siyasətlərdə islahatlar aparır. ”

Məruzəni Los Ancelesdə izləyən Qadın Seçicilər Liqası üzvlərindən biri deyir ki, Tramp mühüm məsələlərdən yayındı.

Rene Çanon, Los Anceles seçicisi: “Biz ətraf mühit haqqında bir söz də eşitmədik. Biz daha çox müharibə və müharibəyə aid şeylər eşitdik. Sülh haqqında isə heç nə.”

...ya da ki, qadın hüquqları, Rene əlavə etdi.

Çikaqolu respublikaçı seçici deyir ki, Tramp birləşdirici mövzular təklif etdi.

Ceff Halm, Prezident, Çikaqonun Gənc Respublikaçıları: “Bütün amerikalılar üçün daha böyük iqtisadi rifah onlardan biridir. Vəhşi banda üzvləri ilə mübarizə digəri.”

Lakin Trampın zorakı cinayətləri zorakı mühacirlərlə əlaqələndirilməsi nyu yorkluların xoşuna gəlmədi.

Qraziella Metti, Nyu York seçicisi: “Sanki bu ölkəyə gələn hər kəs hər hansı formada təhlükəlidir və burada yaşayan hər kəs hansısa formada qurbandır kimi səslənirdi.”

İlk nəsil amerikalı Trampın mühacirəti məhdudlaşdırması niyyətinə etiraz edir.

Kelli İfil, İlk nəsil amerikalı: “Bu, mənim Amerika ilə bağlı inandığım hər şeyə ziddir.”

Los Anceles seçicisi Trampın yanlış mesaj verməsindən narahatdır.

Nensi Haym, Los Anceles seçicisi: “Bizi dünyadakı digər ölkələr narahat etmir. Biz yaınız özümüzü düşünürük. Amerika birincidir.”

Alabamanın Montqomeri şəhərində, siqar barındakı izləyici hesab edir ki, çıxışda çox həllər var idi.

Stiven Şloss, Təqaüdçü: “Düşünürəm ki, həmin həlləri sual edən şəxslər, iki dəfə düşünməlidir.”

Və bu, inandırıcı idi.

Klark Stil, Biznes sahibi: “Məncə, bu bir olmaq istəyən insanlar üçün birləşdirici səsləndi.”

Digər amerikalılar isə nitqin bölücü olduğu deyir.

XS
SM
MD
LG