Accessibility links

Forbes jurnalına əsasən, ABŞ prezidenti Donald Trampın sərvəti son ildə 600 milyon dollar azalaraq 3.1 milyard olub.

Trampın sərvətinin azalmasının əsas səbəbi onun malik olduğu daşınmaz əmlakın dəyərinin düşməsi ilə əlaqədardır. Trampın daşınmaz əmlakının böyük hissəsi Nyu Yorkdadır. Onun Manhettendəki binalarının dəyərinin düşməsi bu sektorda onun sərvətinin 400 milyon dollar azalması ilə nəticələnib.

Forbes jurnalının bildirdiyinə görə, Trampın xarici ölkələrdə və Birləşmiş Ştatlarda qolf meydançalarının da dəyəri azalıb. Buna səbəb olaraq potensial qonaqların Trampın siyasətindən narazı qalması göstərilir.

Nyu Cersi ştatında Bdminsterdə Trampın qolf klubu
Nyu Cersi ştatında Bdminsterdə Trampın qolf klubu

Prezident seçki kampaniyası da Trampın sərvətinin azalmasına təsir göstərib. Trampın keçən il kampaniyasına 66 milyon dollar sərf etməsindən sonra onun ixtiyarında olan nağd pulların hazırda 100 milyard dollar təşkil etdiyi deyilir.

Nağd pulların azalmasının bir səbəbi də Tramp Universiteti ilə əlaqədar məhkəmə işinə görə Trampın 25 milyon dollar məbləğində ödəniş etməsilə bağlıdır.

Nyu Yorkda Tramp qülləsi
Nyu Yorkda Tramp qülləsi

Forbes jurnalı Trampın sərvətinin “maliyyə açıqlamaları və əmlak qeydiyyatlarına dair məlumatların aylarla araşdırılması və onlarla müsahibələrin keçirilməsindən sonra” hesablandığını bildirib.

Forbes jurnalına əsasən, Tramp hazırda ABŞ-da ən zəngin 248-ci adamdır. 2016-cı ildə o, 156-ci ən zəngin adam idi.

Microsoft şirkətinin təsisçisi Bill Geyts jurnalın Amerikanın ən zəngin adamları siyahısında artıq 24-cü ildir birinci yerdə göstərilir. Geytsin sərvəti 89 milyard dollar təşkil edir. Amazon şirkətinin təsisçisi Ceff Bezos 81.5 milyard dollarla Amerikada ikinci ən zəngin adamdır.

XS
SM
MD
LG