Accessibility links

Transatlantik ticarət müharibəsi qızışır


Fransa və Kanada Böyük yeddiliyin Kvebek sammitində ən kəksin reaksiyalarla çıxış edən ölkələr olub. Donald Trampla görüş iştirakçıları arasında ictimai və özəl ittihamlar irəli sürülüb.

Mürəkkəb müzakirələr və kəskin debatlar keçirdik, Bu, tərəfdaşlara qarşı birtərəfli ölçü götürülməsi demək deyil

G-7 liderləri arasında Britaniyanın baş naziri Tereza Mey qarşıdurmalardan kənarda qalıb.

Baş nazir narazılığını dilə gətirsə də, şəxsi qınaqlara yer verməyib.

“Mürəkkəb müzakirələr və kəskin debatlar keçirdik, Bu, tərəfdaşlara qarşı birtərəfli ölçü götürülməsi demək deyil” - deyə, Mey bildirib.

Britaniyanın hakim mühafizəkar partiyası ticarət razılığından çıxmaq istəyir. Tramp tərəfdarı olan Breksidçilərin dəstəklədiyi partiya Trampla xüsusi ideoloji əlaqələri ilə fəxr edirdi.

İndi isə ticarət müharibəsi təbili proteksionizm notları çalır. Xarici liderlər Trampa cavab olaraq Amerika mallarına cəzalar tətbiq etməyi düşünür.

Tereza Mey
Tereza Mey

Ekspertlər hesab edir ki, ticari gərginliklər hər kəsin əleyhinə işləyəcək.

Birləşmiş Ştatların Kanada, Meksika və Avropa İttifaqından polad və alüminium idxalına yüksək tariflər tətbiq etməsi bu ölkələrin qəzəbinə səbəb olub.

Artıq Kanada ilə Meksika cavab tədbirləri də qəbul ediblər.

XS
SM
MD
LG