Accessibility links

Tripolidə Seçki Komissiyası binasına hücum


Liviya rəsmilərinin bildirdiyinə görə, paytaxt Tripolidə Seçki Komissiyası binasına hücum nəticəsində azı 12 nəfər həyatını itirib.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb. Hücumçulardan biri özünü partladıb, digərləri isə binaya hücum edib.

Human Rights Watch-un əməkdaşı Hanan Salah sosial mediada yazıb ki, bu, saxta təhlükəsizlik və inkişafla bağlı deyilənlərin yanlış olduğunun açıq təzahürüdür.

Onun təşkilatı silahlı qruplaşmaların qətllər, mülklərin müsadirəsi, insanları oğurlaması, işgəncələr və arbitrar həbslərə yol verdiyi bir şəraitdə seçkilərin çətin keçiriləcəyini bildirir.

Liviya 2011-ci ildə Müəmmar Qəzzafinin devrilərək öldürülməsindən sonra xaos içərisindədir.

Ölkədəki qeyir-müəyyənlik İŞİD kimi terror qruplarına qapılarını açıb.

Prezident seçkiləri yayda keçirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG