Accessibility links

Donald Tramp Asiya səfərinə başlayır


ABŞ prezidenti Donald Tramp, Cənubi Koreya prezidenti Mun Cae. 30 İyun, 2017.

Prezident Donald Tramp 12 günlük Asiya səfərinə başlayır. 5 ölkəni əhatə edəcək səfər Koreya yarımadasındakı gərginliyin artdığı dövrə təsadüf edir. Son aparılan rəy sorğuları göstərir ki, amerikalıların böyük əksəriyyəti ABŞ üçün ən böyük təhlükənin Şimali Koreyadan qaynaqlandığını hesab edirlər.

Donald Tramp noyabrın 7 və 8-i səfərinin ikinci dayanacağı olaraq Cənubi Koreyaya səfər edəcək.

Görüşlərdə müzakirə olunacaq əsas mövzu Pxenyanın nüvə silahı və ballistik raketlərin inkişaf proqramına qarşı ölkələrin aparacağı siyasət olacaq.

Səfər müddətin prezidentin Cənubi Koreya prezidenti Mun Cae və başqa dünya liderləri ilə görüşü gözlənilir. Görüşlərdə müzakirə olunacaq əsas mövzu Pxenyanın nüvə silahı və ballistik raketlərin inkişaf proqramına qarşı ölkələrin aparacağı siyasət olacaq.

Bir neçə gün öncə Cənubi Koreya səfəri zamanı ABŞ müdafiə naziri Cim Mattis bildirib ki, ABŞ Şimali Koreyanın nüvə proqramı ilə bağlı vəziyyəti diplomatik yolla həll etmək üçün hər şeyi edir.

ABŞ müdafiə naziri Cim Mattis demilitarizisiya zonasında mediaya müsahibə verir.
ABŞ müdafiə naziri Cim Mattis demilitarizisiya zonasında mediaya müsahibə verir.

Trump administrasiyası rəsmisinin sözlərinə görə, prezident sələflərindən fərqli olaraq Şimali Koreya ilə sərhəd demilitarizisiya zonasını ziyarət etməyəcək.

Çin prezidenti Şi Tsinpinlə görüşmək üçün Cənubi Koreyadan Pekinə uçmazdan əvvəl Trampın Milli Assambleyada çıxış edəcəyi gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG