Accessibility links

Türkiyə prezidenti rəsmi səfərlə Vaşinqtondadır


Türkiyənin Birləşmiş Ştatların Suriya kürdlərini silahlandırması ilə bağlı qərarına qəzəbini bildirməsindən bir həftə sonra Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan bu gün Ağ Evdə prezident Donald Trampla görüşür. Görüş zamanı Suriyadakı böhranın əsas müzakirə obyekti olacağı gözlənilir.

Paytaxt Vaşinqton yaxınlığındakı ABŞ Hərbi Hava qüvvələrinin Endryus bazasına bazar ertəsi gecə saatlarında çatan cənab Ərdoğanı Birləşmiş Ştatların rəsmiləri qarşılayıb.

Türkiyə prezidentini Vaşinqtondakı qonaq evinə qədər müşayiət edən korteji Ərdoğanı dəstəkləyənlər şüarlarla qarşılayıb.

Birləşmiş Ştatlar kürdlərin YPG qüvvələrini Suriyada İŞİD-ə qarşı mübarizədə ən effektiv hərbi qruplardan biri kimi tanıyır və yaraqlıların de-fakto paytaxt adlandırdığı Raqqadan sıxışdırıb çıxaracağına ümid edir.

Lakin Türkiyə YPG-ni fəaliyyəti qadağan olunmuş PKK təşkilatı ilə əlaqəsi olan terrorçu qrup hesab edir.

XS
SM
MD
LG