Accessibility links

Donald Tramp Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb


ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyərək, onu "dünyanın ən mürəkkəb yerlərindən birini idarə etdiyinə görə" yüksək qiymətləndirilən dostu adlandırıb.

Tramp Ərdoğanla dünən BMT-nin Baş Assambleyası çərçivəsində görüşüb. Görüş amerikalı nümayişçilərin Ərdoğanın tərəfdarları və onun cangüdənləri tərəfindən döyülməsilə əlaqədar olaraq iki ölkə arasında gərginliyin mövcud olduğu fonda baş verib.

Trampın Ərdoğanla görüşündən bir neçə saat əvvəl Türkiyə liderinin Nyu-York şəhərində oteldə çıxışı zamanı Ərdoğan tərəfdarları onun sözünü kəsən üç nümayişçiyə hücum edərək onlara zərbə yetirib.

May ayında baş vermis insident zamanı Türkiyə səfirliyinin təhlükəsizlik işçilərinin Vaşinqton şəhərində yerləşən səfirliyin qarşısında nümayiş keçirən insanlara hücum etdiyini göstərən video ilə çəkilib. Hadisədən sonraTürkiyənin bir neçə təhlükəsizlik rəsmisi dindirilib.

İnsident Trampla Ərdoğan arasında Ağ Evdə keçirilən görüşdən bir qədər sonra baş vermişdi.

XS
SM
MD
LG