Accessibility links

ABŞ şəhərlərində Tramp əleyhinə etirazlar keçirilir


ABŞ Konqresi Prezident Donald Trampla bağlı tarixi impiçment səsverməsinə yaxınlaşdıqca, Nyu-Yorkda və ABŞ-ın digər şəhərlərində Tramp əleyhinə etirazlar keçirilir.

Nümayəndələr Palatasının Trampın Senatda mühakimə olunması və vəzifəsindən uzaqlaşdırılmasına səbəb olacaq impiçmentin iki maddəsi üzrə səsvermələrin çərşəmbə gününün sonuna qədər bitməsi gözlənilir.

Nyu York, Los Ancels və ABŞ-ın digər şəhərlərində etirazçılar Trampın vəzifədən getməsini istədiklərini bildirib. Tramp ABŞ-ın Konstitusiya impiçmenti ilə üzləşən dördüncü prezidentidir.

Tramp bu mövuzu ilə bağlı bildirib:

"Bu, mistifikasiyadır. Bütün impiçment məsələsi fırıldaqdır. Məsələnin Senata getməsini səbirsizliklə gözləyirik. Hüquqşünaslarla çalışmağa haqqımız yoxdur, şahidlərə haqqımız yoxdur. Ağ Evdə bir şey etmək üçün hüququmuz yoxdur. Biyabırçılıqdır. "

Ölkədə mövqelər Trampın impiçmenti və vəzifədən alınması məsələsində görə ikiyə ayrılıb. Lakin etirazçılar sübutları eşitmək istəyir.

Etirazçı: "Tramp yalnız özünü göstərməli və ifadə verməlidir."

İmpiçment prosesinin mərkəzində Prezident Trampın Ukrayna rəhbərliyinə siyasi rəqibi və sabiq vitse-prezident Co Baydenlə bağlı korrupsiya təhqiqatına başlatmaq yönümündə təzyiq göstərmək haqda ittihamlar dayanır.

Tramp bildirib: "Onlar Ukrayna prezidenti ilə mükəmməl bir telefon danışığıma görə məni ittiham edir. Tamamilə mükəmməl bir telefon söhbəti idi, siz də bilirsiniz, hamı bilir ki, o söhbətdə heç bir yanlışlıq yox idi - bunun üçün ABŞ prezidentini impiçment etmək rüsvayçılıqdır. "

Amerikalıların 40% -dən çoxu prezident Tramp ilə bağlı impiçment dinləmələrinin siyasi motivli olduğu ilə razılaşır. Senatda Trampın əlehinə qərar çıxacağı ehtimalı yoxdur, çünki prezidentin respublikaçı müttəfiqləri orada çoxluq təşkil edir.

XS
SM
MD
LG