Donald Tramp federal seçkiyə müdaxilə ittihamı ilə əlaqədar Vaşinqtonda keçiriləcək məhkəməsinin televiziyada yayımlanmasına çağırır. Ondan əlavə bir neçə media orqanları da Amerika xalqının tarixi məhkəməni izləmək imkanlarının olmalı olduğunu söyləyir.
Federal məhkəmə qaydaları məhkəmə iclaslarından yayım etməyi qadağan edir, ancaq The Associated Press və digər xəbər agentlikləri bildirir ki, keçmiş prezidentin seçicilərin iradəsini devirməyə çalışmaq ittihamı ilə mühakimə olunduğu misli görünməmiş məhkəmə işi istisna təşkil edir.
Ədliyyə Departamenti bu səylərə qarşı çıxaraq, məhkəməyə sədrlik edən hakimin federal məhkəmə zallarında kameraları qadağan edən uzun-müddətdir mövcud olan ümummilli qaydanı gözardı etmək səahiyyətinin olmadığını iddia edir. Məhkəmənin martın 4-də başlayacağı gözlənilir.
Trampın vəkilləri cümə günü məhkəməyə təqdim etdikləri sənəddə bildiriblər ki, amerikalılar Respublikaçılar partiyasından 2024-cü ildə keçirilən prezident seçkisinə nominasiya etmək üçün öndə gedən namizədin siyasi motivli mühakiməsini müşahidə edə bilməlidirlər. Müdafiə komandası həmçinin Trampın məhkəmədən Demokrat Co Baydenə məğlub olduğu 2020-ci il prezident seçkisinin ondan oğurlandığına dair əsassız iddialarını təkrarlaya biləcəyinə işarə ediblər. Tramp günahsız olduğunu bildirib.
“Prezident Tramp tamamilə razılaşır və əslində tələb edir ki, bu məhkəmələr tam şəkildə televiziyada yayımlansın ki, Amerika xalqı bu işin, digərləri kimi, bir daha baş verməsinə icazə verilməməli olan konstitusiyaya zidd uydurma bir nömrə olduğunu birbaşa görsün,” Trampın vəkilləri yazıb.
Məhkəmənin televiziyada yayımlanmasına dair tələb Vaşinqton işi Trampın siyasi taleyinə ən güclü və birbaşa hüquqi təhlükə kimi ortaya çıxdığı bir vaxta təsadüf edir. Tramp tərəfdarları tərəfindən 2021-ci ilin yanvarın 6-da ABŞ-ın Konqres binasında baş vermiş zorakı iğtişaşlardan öncə seçkinin nəticələrini ləğv etmək üçün qeyri-qanuni plan qurmaqda ittiham olunur.
Tramp dəfələrlə Vaşinqtonda məhkəmə tarixini 2024-cü ildən sonraya təxirə salmağa çalışıb. Ancaq, belə görünür, Demokrat Prezident Barak Obama tərəfindən təyin olunan ABŞ Mahal hakimi Tanya Çatkanın məhkəmə tarixini dəyişmək niyyətində deyil.
Cümə günü Floridada Trampın məxfi sənədlərilə bağlı ayrı-ayrı məhkəmə işlərinə baxan ABŞ-ın mahal hakimi Aylin Kannaon məhkəmə tarixlərini bir neçə dəfə təxirə salaraq, onların, planlaşdırıldığı kimi, may ayında keçirilə bilməsi ehtimalını çox azaldıb. Tramp Casusluq Aktı çərçivəsində onlarla cinayət işi ilə üzləşir. O, özünü təqsirli hesab etmir.
Forum