Accessibility links

Tramp deyir ki, qalib gəlsə, “heç kim sizin odlu silahlarınıza toxunmayacaq”


ABŞ-ın sabiq prezidenti Donald Tramp Milli Tüfəng Assosiasiyasının (NRA) minlərlə üzvünə deyib ki, o, Ağ Evə qayıtsa, “heç kəs sizin silahlarınıza toxunmayacaq.” Və o, prezident ikən silahları məhdudlaşdırmaq üçün “heç nə etməmək”lə lovğalanıb.

“Mənim dörd ilim ərzində heç nə olmadı. Mənim üzərində silahlarla bağlı çox təzyiq var idi. Biz heç nə etmədik. Biz təslim olmadıq,” o, Milli Tüfəng Assosiasiyasının cümə günü Harrisburqa keçirilən Böyük Amerika Açıq Hava Şousunda çıxışı zamanı deyib.

Özünü “silah sahiblərinin Ağ Evə indiyədək ən yaxın dostu” kimi təqdim edən Tramp silah sahiblərinin hüquqlarını qorumağa davam etməyə söz verib, baxmayaraq ki, ölkə 2006-cı ildən bəri 3000-dən çox insanın ölümü ilə nəticələnən silah zorakılığı və kütləvi atışma böhranı ilə mübarizə aparır.

“Sizin İkinci Düzəlişdəki hüququnuz mən prezident ikən qorunacaq,” o deyib.

Cümə axşamı Nevada kokusunda qələbəsindən sonra Tramp NRA forumundan Respublikaçı seçicilər bütün əsas prioritet olan silah haqlarına dəstəyini vurğulayıb. Bu məsələ həmçinin Demokratlar, habelə silahl şəxs təlimlərində iştirak edərək böyüyən və son illərdə bir sıra məktəblərdə atışmalara şahid olan gənc seçicilər üçün mühüm məsələdir.

Gələn həftə bu atışmalardan birinin, Florida ştatının Parkland şəhərində Marcori Stonman Duqlas məktəbində 17 nəfərin ölümü ilə nəticələnən qətliamın altıncı ildönümüdür.

Trampın prezidentliyi dövründə Parkland və başqa atışmalar olub və o, zaman-zaman silah qanunlarını sərtləşdirməyə söz verib, amma sonra bu vədlərindən uzaqlaşıb.

2018-ci ildə Parklanddakı atışmada sağ qalan insanlar və ailə üzvləri ilə görüşdə Tramp “tarixçə ilə bağlı yoxlamaları gücləndirməyə” söz verib, saha sonra isə Resublikaçı senatoru “NRA-dan qorxduğuna” görə danlayaraq, silah lobbisinə qarşı çıxacağını və nəhayət silah zorakılığının aradan qaldırılması ilə bağlı nəticələr əldə edəcəyini iddia edib.

Ancaq daha sonra o, qrupla görüşəndən sonra geri addım ataraq, federal tarixçə yoxlanışına kiçik dəyişikliklərə və müəllimləri silahlandırmağa dəstəyini ifadə edib, əvvəllər Twitter kimi tanından X-də isə “‘yumşaq desək’ çox siyasi dəstəyin” olmadığını yazıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG