Accessibility links

Tramp Əfqanıstandakı hücumlardan sonra Talibanla danışıqları rədd edir


Prezident Donald Tramp deyir ki, ABŞ Əfqanıstanda keçirdiyi tələfatlı hücumlar silsiləsindən sonra əfqan Talibanı ilə danışıqlar aparmaq istəmir.

Tramp bunu Vaşinqtonda səfərdə olan BMT Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iş naharı zamanı bildirib. Şura üzvləri səfər zamanı İrana aid olduğu güman edilən raket parçalarına nəzər salacaqlar.

Qiam balistik raketi
Qiam balistik raketi

Şura üzvləri ABŞ-ın BMT-dəki səfiri Nikki Heylinin dekabr ayında Vaşiqntondakı hərbi bazada nümayiş etdirdiyi qısa-mənzilli raket parçalarını görmək imkanı əldə edəcək.

Həmin zaman Heyli bu hərbi avadanlığın İranın Yəməndəki Husi üsyançılarını silahla təmin etdiyinə dair “danılmaz sübut” olduğunu demişdi.

“Bu, İranda istehsal olunub, daha sonra Yəməndəki Husi militantlarına göndərilib, oradan isə mülki hava limanına atılıb və Səudiyyə Ərəbistanında yüzlərlə günahsız mülki vətəndaşın ölümünə səbəb ola bilərdi,” deyə Heyli dekabr ayında bildirib.

Amerikalılar yəmənli üsyançılara qarşı tətbiq olunan beynəlxalq silah embarqosunu pozduğuna görə İranı Birləşmiş Millətlər Təşkilatı önündə məsuliyyətə cəlb edəcəyini bildirib.

Bu, Tramp adminstrasiyanın 2015-ci ildə əldə olunan İran nüvə razılığında qalmaq strategiyasının bir hissəsidir, lakin onlar Husilər və Livanda Hizbullahı dəstəkləmək kimi regionda sərgilədiyi pis davranışlarına görə Tehranı cavabdeh etmək istəyir.

Bu, İranda istehsal olunub, daha sonra Yəməndəki Husi militantlarına göndərilib, oradan isə mülki hava limanına atılıb və Səudiyyə Ərəbistanında yüzlərlə günahsız mülki vətəndaşın ölümünə səbəb ola bilərdi.
Nikki Heyli

Heyli dekabr ayında Tehranı nüvə sazişinsin arxasına sığınmaqda günahlandırıb və deyib ki, “biz başqa tərəfə baxanda onlar belə şeylər edir.”

ABŞ raket parçalarını Husilərə qarşı koalisiyaya başçılıq edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən borc alıb. Koalisiyanın demək olar üç ildir davam etdirdiyi havadan müharibə Yəməndə ciddi humanitar böhrana səbəb olub.

Prezident Tramp ötən il olduğu kimi bu il də Təhlükəsizlik Şurası üzvlərini iş naharına dəvət edib.

Milli Təhlükəsizlik müşaviri H.R. MakMaster şura üzvləri ilə birlikdə ABŞ Holokost Muzeyinə gedəcək. ABŞ-ın BMT-dəki missiyasının verdiyi məlumata görə, orada onlar Suriya müharibəsinə həsr olunmuş Suriya: Xahiş Edirik Bizi Unutmayın adlı sərgini ziyarət edəcək.

XS
SM
MD
LG