Nyu York hakimi Donald Trampın cinayət məhkəməsində onu yenidən məhkəməyə hörmətsizlik etdiyini və potensial şahidlərə hücum etməsini qadağan edən əmrini pozduğunu bildirərək, əmrə məhəl qoymamağa davam etdiyi təqdirdə həbs oluna biləcəyi barədə sərt şəkildə xəbərdar edib.
Nyu-York Ali Məhkəməsinin hakimi Xuan Merçan Trampın seçkilərdəki uğurundan əvvəl porno ulduz Stormi Danielsə əlaqələri barədə susması üçün 130 000 dollar pul ödədiyini gizlətmək üçün Trump Organisation daşınmaz əmlak konqlomeratındakı biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunduğu məhkəmə prosesinin üçüncü həftəsinin əvvəlində qərar verib.
Tramp Danielslə əlaqəsi də daxil olmaqla, ona qarşı irəli sürülən 34 ittihamın hamısını rədd edib. Lakin Merçan onun məlumatı paylaşmamaq qaydasını pozmasını "qanunun aliliyinə birbaşa hücum" adlandırıb və "bunun davam etməsinə icazə verə bilmərəm" deyib.
Merçan Trampı həbs etməyin onun istədiy "ən son iş" olduğunu, lakin lazım gələrsə, bunu edəcəyini deyib. "Siz ABŞ-ın keçmiş prezidentisiniz və bəlkə də növbəti prezidenti olacaqsınız" - deyə, o bildirib.
Merçan informasiyanı paylaşmamaqla bağlı göstərişi pozduğuna görə Trampı daha min dollar cərimələyib. Bu, keçən həftə onu informasiya məxfiliyi ilə bağlı daha doqquz qaydanı pozduğuna görə edilən 9 min dollar cəriməyə əlavə olunub. Keçən həftə Merçan etiraf edib ki, cəza Tramp kimi milyarder üçün cüzi bir məbləğdir.
Məhkəmə işi bazar ertəsi də davam edib. Lakin 12 nəfərlik münsiflər heyəti hələ də keçmiş ABŞ prezidentinə qarşı məhkəmə işində iki əsas şahidi - Trampın yalan ifadə verdiyinə görə ittiham edilmiş keçmiş vəkili və siyasi məsələlər üzrə yardımçısı Maykl Kohen və Danielsi dinləməyib.
Münsiflər heyəti son iki həftə ərzində Kohen və Daniels haqqında çox sayda ifadə dinləsə də, prokurorların onları şahid qısmində nə zaman çağıracağı barədə məlumat verilməyib.
77 yaşlı Tramp cinayət işi açılan ilk keçmiş prezidentdir. Prokurorlar deyirlər ki, Danielsə ödəniş səkkiz il əvvəl keçirilən seçicilər zamanı onun Trampla yaxın münasibətdə olduğuna dair iddiası barədə danışmamasına görə edilib.
Tramp təqsirli bilinərsə, şərti cəzaya və ya 4 ilə qədər həbs cəzasına məhkum edilə bilər. O, 2020-ci ildə onu məğlub edən Demokrat prezident Co Baydenə qarşı yenidən mübarizə aparmağa hazırlaşdığı noyabrın 5-i seçkilərində Respublikaçıların 2024-cü il prezidentliyinə ehtimal edilən namizədidir.
Forum