Accessibility links

Cövhər Tsarnayev sükutu pozacaqmı?


2013-cü ildə Boston şəhərində üç adamın ölümü və 264 adamın yaralanması ilə nəticələnmiş bomba hücumu ilə əlaqədar münsiflər məhkəməsinin ölüm hökmü tələb etdiyi Cövhər Tsarnayevə ictimiayyət qarşısında danışmaq imkanı verilib.

Dinləmə zamanı bomba hücumu zamanı xəsarət alanların da ifadələri eşidiləcək. Məhkəmə prosesi müddətində susan və hazırda danışmaq imkanı verilən 21 yaşlı Tsarnayevin danışıb-danışmayacağı məlum deyil.

Ötən ay 7 kişi və 5 qadından ibarət münsiflər məhkəməsi hadisənin baş verdiyi şəraiti nəzərə almaqla yekdilliklə Tsarnayevə ölüm hökmünün çıxarılması haqda qərar vermişdi.

Münsiflər məhkəməsi Tsarnayevə ölüm hökmü çıxarılması üçün yekdilliklə qərar verməli idi. Əks təqdirdə, o, apellyasiya müraciət etmədən ömürlük həbs cəzasına məhkum edilə bilərdi.

Qərarın verilməsindən sonra ABŞ-ın Baş prokuroru Loretta Linç ölüm hökmünün bu dəhşətli cinayətə uyğun olduğunu deyərək, məhkəmənin başa çatmasının hadisə qurbanlarının ailələrinə təskinlik gətirəcəyinə ümid bəslədiyini bildirmişdi.

Boston marafonu zamanı törədilmiş bomba parlayışları Birləşmiş Ştatlarda 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı hadisə hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG