Accessibility links

Tunisdə etirazlar artır


Tunisdə liberal müxalifət lideri Məhəmməd Brahminin qətlinə etiraz olaraq nümayişlər getdikcə artır və ölkə boyu tətil elan edilib.

Dünən minlərlə insan Tunis və Sidi Bouzid şəhərində küçələrə axışaraq Brahminin qətlinə etirazlarını bildiriblər. Nümayişçilərin çoxu qətlin arxasında İslamçı Ənnahda partiyasının olduğunu düşünür.

İki dünyəvi partiya ilə koalisiya hökümətində yer alan mötədl islamçı Ənnahda partiyası sui-qəsdi pisləyib.

Konstitusiya Şurasının sədri cümə gününü Brahmi üçün matəm günü elan edib. Tunisin ən böyük həmkarlar ittifaqı Brahminin ölümünə etiraz olaraq cümə gününü ümummilli tətillərə çağırıb.

Brahminin ailəsi və Tunisin insan haqları fəalları Ənnahda partiyasının qətlin arxasında olduğunu iddia edir.

Tunisdə iyulun 25-i müxalifət lideri Məhəmməd Brahmini evi önündə səhər saatlarında silahlı şəxslər tərəfindən qətlə yetirilib. Bu, artıq bu il ölkədə baş verən ikinci siyasi sui-qəsd hadisəsidir.
XS
SM
MD
LG